Icma.az
close
up
RU
Aygün Attar: Azərbaycan ilə əməkdaşlıq ŞƏT üçün ciddi üstünlük yaradır

Aygün Attar: Azərbaycan ilə əməkdaşlıq ŞƏT üçün ciddi üstünlük yaradır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ankara, 31 avqust, AZƏRTAC

Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammiti Avrasiyanın gələcək siyasi və iqtisadi arxitekturası baxımından mühüm mərhələ sayıla bilər. Təşkilat təhlükəsizlik dialoqu formatından nəqliyyat, energetika, ticarət, rəqəmsal transformasiya və sənaye əməkdaşlığını əhatə edən genişmiqyaslı platformaya çevrilir. Belə bir şəraitdə Azərbaycanın ŞƏT məkanındakı mövqeyi də mahiyyətcə yeni mərhələyə daxil olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri professor Aygün Attar deyib.

O bildirib ki, Azərbaycan ŞƏT coğrafiyasının qərb sərhədində dayanan adi tərəfdaşdan daha böyük strateji məna daşıyır. Ölkə Çin və Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə, Qara dəniz hövzəsi və Avropa ilə birləşdirən mühüm bağlantı məkanına çevrilir. Başqa sözlə, Azərbaycan təşkilata doğru irəlilədikcə ŞƏT də Azərbaycan üzərindən qərbə doğru yeni iqtisadi çıxış imkanları qazanır.

“Azərbaycanın ŞƏT ilə münasibətləri ardıcıl siyasi xətt üzrə inkişaf edib. 2015-ci ildə dialoq üzrə tərəfdaş statusunun əldə olunması, 2016-cı ildə Pekində müvafiq memorandumun imzalanması, 2024-cü ilin iyulunda müşahidəçi statusu üçün rəsmi müraciət və 2025-ci ildə vahid “ŞƏT tərəfdaşı” formatına keçid bu əlaqələrin mərhələlərini formalaşdırıb ”, – deyə fondun sədri vurğulayıb.

A.Attarın sözlərinə görə, əsas məsələ statusların adındakı dəyişiklikdən daha dərindir. Beynəlxalq təşkilatlarda dövlətlərin real çəkisini diplomatik tituldan çox onların yaratdığı imkanlar müəyyənləşdirir: Azərbaycan ŞƏT məkanına konkret layihələr, hazır infrastruktur, siyasi sabitlik, etibarlı tərəfdaşlıq və çoxvektorlu diplomatiya təqdim edir. Yeni status sistemində də funksional iyerarxiya yaranacaq: layihə gətirən, marşrut açan, sərmayəni hərəkətə gətirən və regional əlaqələri genişləndirən dövlətlərin təsiri daha yüksək olacaq.

A.Attar qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü ildə Astanada, 2025-ci ildə isə Tyançjində keçirilən “ŞƏT plyus” görüşlərində iştirakı Azərbaycanın artıq təşkilatın siyasi gündəliyinə daxil olduğunu göstərdi. Bakı burada Avrasiyanın nəqliyyat və iqtisadi xəritəsinə təsir göstərən təşəbbüslərlə gündəlik formalaşdırmaq potensialına malik olduğunu diqqətə çatdırıb: “Bir çox təhlillərdə sual belə qoyulur: Azərbaycan ŞƏT-dən hansı üstünlükləri əldə edə bilər? Əslində daha mühüm sual əks istiqamətdə səslənməlidir: ŞƏT qərb istiqamətində iqtisadi imkanlarını genişləndirmək üçün Azərbaycandan necə istifadə edə bilər? Çin və Mərkəzi Asiya dövlətləri istehsal etdikləri məhsulları Avropa bazarlarına daha sürətli, təhlükəsiz və şaxələndirilmiş marşrutlarla çatdırmağa çalışırlar. Ənənəvi nəqliyyat xətlərində yaranan geosiyasi risklər alternativ dəhlizlərin əhəmiyyətini artırır. Xəzərin qərb sahilində yerləşən Azərbaycan bu baxımdan əvəzolunmaz bağlantı nöqtəsinə çevrilir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, müasir avtomobil yolları, hava limanları və genişlənən logistika infrastrukturu Azərbaycanın coğrafi üstünlüyünü praktik gücə çevirir”.

TADİV sədri vurğulayıb ki, Azərbaycanın fərqi də burada üzə çıxır: “Ölkə bir nəqliyyat istiqamətinə yönəlmir. Şərqdən qərbə, şimaldan cənuba hərəkət edən marşrutların kəsişməsi Bakıya müxtəlif iqtisadi mərkəzlər arasında seçim, tarazlaşdırma və əlaqələndirmə imkanı verir. Bu xüsusiyyət Azərbaycanı tranzit ölkə mövqeyindən Avrasiyanın nəqliyyat sistemini əlaqələndirən strateji qovşaq səviyyəsinə yüksəldir”,- deyə professor qeyd edib.

Onun sözlərinə görə, əlamətdar haldır ki, Çin Azərbaycanın ŞƏT məkanına inteqrasiyasında əsas tərəfdaşlardan biridir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 4,874 milyard dollara çatması və illik 30,2 faiz artım göstərməsi münasibətlərin iqtisadi miqyasını nümayiş etdirir. Azərbaycanın Çinə ixracının 4,3 dəfə artması da mühüm tendensiyadır.

A.Attar hesab edir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaradılması Orta Dəhlizin strukturunu əhəmiyyətli dərəcədə genişləndirə bilər: “Zəngəzur bağlantısı Bakı üçün lokal keçid xəttindən daha böyük geosiyasi məna daşıyır. Bu marşrut Xəzər hövzəsindən Naxçıvan və Türkiyə üzərindən Avropaya uzanan yeni nəqliyyat halqasını tamamlayacaq. ŞƏT daxilində Çin, Rusiya, Hindistan, Pakistan, İran və Mərkəzi Asiya dövlətləri kimi müxtəlif maraqlara malik güc mərkəzləri təmsil olunur. Belə mürəkkəb strukturda balanslı diplomatiya xüsusi əhəmiyyət qazanır. Azərbaycan uzun illər ərzində öz xarici siyasətini suveren qərarvermə, qarşılıqlı fayda və milli maraqlar əsasında qurub. Bakı müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edir, blok qarşıdurmalarına qapanmır və tərəfdaşlıqları bir-birinə qarşı yönəltmir. Bu diplomatik çeviklik ŞƏT kimi təşkilatda ciddi üstünlük yaradır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Avqust 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri