Aygün Əliyeva: 2026 cı ildə qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusu prioritet istiqamətdir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəriciləri getdikcə yüksəlir.
AZƏRTAC xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.
O bildirib ki, əgər 2022-ci ildə bu istiqamət üzrə Agentliyin xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-yə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab nəşr etdirib, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıb. Son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” mövzusu prioritet istiqamətdir.
“Daxil olmuş layihələrin hazırda ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin keçirilməsinə, xarici QHT-lərlə birgə hesabatların hazırlanmasına və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”, - deyə A.Əliyeva vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 06 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















