Icma.az
close
up
RU
AYİB Azərbaycana su təchizatı sisteminin rəqəmsal texnologiyalar vasitəsilə modernləşdirilməsində kömək edir

AYİB Azərbaycana su təchizatı sisteminin rəqəmsal texnologiyalar vasitəsilə modernləşdirilməsində kömək edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana su ehtiyatları sektorunun rəqəmsal modernləşdirilməsində və onun dayanıqlılığının artırılmasında dəstək göstərir.

AZƏRTAC xəbər verir ki, bunu AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Drakinos Bakıda keçirilən “State and IT Eurasian Forum” çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bank müasir texnologiyalar vasitəsilə su ehtiyatlarının idarə olunmasının səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra təşəbbüslər həyata keçirir.

“Biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ölkənin uzunmüddətli su təhlükəsizliyini təmin etmək məqsədilə rəqəmsallaşma ilə bağlı mövcud problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılmasında kömək edirik”, – deyə o vurğulayıb.

Bu dəstək AYİB-in milli tərəfdaşlarla birgə həyata keçirdiyi Rəqəmsal Transformasiya Proqramı və Kiberdayanıqlılığın Gücləndirilməsi Proqramı çərçivəsində göstərilir.

“Bizim məqsədimiz rəqəmsallaşma və süni intellektin insanların rifahına xidmət etməsi və infrastrukturun davamlı inkişafına töhfə verməsidir. AYİB illər ərzində Azərbaycanla əməkdaşlıq çərçivəsində kommunal təsərrüfat və su təchizatı sahəsi də daxil olmaqla 200-dən çox layihəyə ümumilikdə 3,6 milyard avrodan artıq investisiya yatırıb. Bu layihələr əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyatın möhkəmlənməsinə və ölkə regionlarının davamlı inkişafına xidmət edir”, – deyə AYİB nümayəndəsi qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri