AYİB Azərbaycanda yaşıl iqtisadiyyat ın maliyyələşdirilməsinə 100 mln. dollar ayıra bilər
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda "Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi" (Green Economy Financing Facility - GEFF) proqramının işə salınması imkanlarını qiymətləndirir.
"APA-Economics" bu barədə AYİB-ə istinadən xəbər verir. Məlumata görə, proqramın dekabrın 3-də AYİB-in Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, GEFF seçilmiş yerli maliyyə institutları (PFI) vasitəsilə "yaşıl maliyyələşdirmə"ni dəstəkləməyə yönəlmiş, 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) məbləğində beşillik layihədir. AYİB bildirib ki, ayrılacaq vəsaitlər enerji səmərəliliyi, bərpa olunan enerji, resurslardan səmərəli istifadə və iqlim dayanıqlığı sahəsində layihələr həyata keçirən özəl şirkətlərin maliyyələşdirilməsinə yönəldiləcək. GEFF proqramı Azərbaycanda "yaşıl maliyyələşdirmə" mexanizmlərinin tətbiqi üzrə pilot təşəbbüs olacaq və ölkənin dayanıqlı inkişafa keçidini dəstəkləyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 29 Oktyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















