“Ayılın! Adam and içdiyi çörəyi zibil qutusuna atmaz” SƏRT SÖZLƏR
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bütün Avropanı, Afrikanı, Amerikanı, demək olar ki, dünyanın hər yerini gəzmişəm. Gəzdiyim ölkələrin heç birində çörəyin atıldığını görməmişəm. Çörək çox müqəddəsdir. Biz azərbaycanlılar olaraq həm Qurana, həm də çörəyə hörmətlə yanaşırıq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında yazıçı Seyran Səxavət bildirib. O, fikirlərinə belə davam edib:
“Son 100 ildə dünyada nəfs baş alıb gedir. Mən bir sözü tez-tez təkrar edirəm: dünyanı böyük dövlətlərin başçıları deyil, bəşəriyyəti və yer üzünü nəfs idarə edir. Hər şey nəfslə bağlıdır. Qardaş, yarım kilo çörək yeyəcəksənsə, elə o qədər də al. Nə olur ki? Hamı ehtiyacından artıq çörək alanda nəticə belə olur”. pizza
Yazıçı vurğulayıb ki, beş nəfərlik ailə beş kilo çörək alanda bunun sonu yaxşı olmur:
“Sabah çörək qıtlığı yaransa, sən o artıq aldığın çörəklə cəmi iki gün çox yaşayacaqsan. Sonra nə olacaq? Ayılın. Adam and içdiyi çörəyi zibil qutusuna atmaz. Çörəyə hörmət etmək lazımdır. Bir az ağıllı olun, bir az düşünün. Hər kəs ehtiyacı qədər alsa, nə israf olar, nə də belə problemlər yaşanar. Bir az tərpənin, tozunuzu tökün, ay millət. Yoxsa tozun içində itib-batarsınız, axırda adınız da toz olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 01 Avqust 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















