Icma.az
close
up
RU
“Ayıq sürücü” buzovnalıları təhqir edib? “Vətəndaş A” rejissorundan açıqlama

“Ayıq sürücü” buzovnalıları təhqir edib? “Vətəndaş A” rejissorundan açıqlama

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rejissor Elvin Rüstəmzadənin “Ayıq sürücü” qısametrajlı filmi etirazlara səbəb olub.

Sosial şəbəkələrdə paylaşım edən Buzovna sakinləri filmdə onların təhqir edildiyini bildiriblər.

Səslənən iddialara münasibət bildirən rejissor Elvin Rüstəmzadə Bakuplus.az-a bildirib ki, filmdəki personajlar buzovnalı deyillər: “Maşındakı aktyorların ləhçələrindən də bilinir ki, ümumiyyətlə bu obrazlar Bakılı deyillər. Filmdə ” Xala Buzovnada qalır” deyilir. Vəssalam. Başa düşmədim, qala bilməz Buzovnada? Bəyəm Buzovnada ancaq buzovnalılar yaşayır? Xeyir, əlbəttə. Hər kəs bilir ki, orda olan villaların bəzilərini Buzovnadan olmayan şəxslər ya satın alıblar, ya da kirayə qalırlar. O villalarda yaxşı adamlar da yaşayır, pis adamlar da. Bir sözlə, Buzovna deyiləndə ağıla ancaq buzovnalılar gəlməməlidir. Axı hər yerin pisi də var, yaxşısı da. Bunu unutmaq olmaz. Təkrar edirəm, filmdə heç kim buzovnalı deyil, ümumiyyətlə bakılı deyil. Filmdə kimin haralı olmağına dair heç bir söz deyilmir. İndi keçək digər məsələyə. Fakt budur ki, filmdə heç kim təhqir edilmir. Belə olmadığı halda səhifələrdə paylaşım edilib, bilib-bilmədən rəylərdə bizi söyürlər. Bu söyüşlər nə dərəcə doğrudur? Axı biz heç kimi söyməmişik. O söyənlərdən bir-ikisi ilə üzləşsək və bu sual versək “biz filmdə səni söymüşük?”, deyəcək yox. Onda biz sual verəcəyik “bəs sən bizi niyə söyürdün?” Belə olan halda, düşünürəm, vəziyyət daha da qəlizləşəcək. O söyüş söyənlər bu barədə ətraflı düşünsünlər. Çünki Bakı balacadır. Son olaraq deyirəm ki, ölkənin bütün bölgələrinə, insanlarına, kənd və rayonlarına sonsuz hörmətimiz var! Xahiş edirəm, kimlərinsə provokasiyasına getməyin. Hamımız azərbaycanlıyıq!”

Qeyd edək ki, Elvin Rüstəmzadə məşhur “Vətəndaş – A” serialının da rejissorudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri