AYNA: Bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda və Abşeron yarımadasında müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar məlumatlandırılıb. Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb.
Bu barədə AZXEBER.COM-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, agentliyin Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur.
Belə ki, yağıntılı və küləkli hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz və fasiləsiz xidmət göstərir. Sürücülərə qapalı tunellər və keçidi mümkün olmayan ərazilər barədə məlumat verilib.
"Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Qeyd edək ki, bir neçə yolda hava şəraiti ilə əlaqədar məhdudiyyətlər tətbiq olunduğu üçün həmin ərazilərdən keçən bəzi avtobusların hərəkət sxemi dəyişdirilib. Bu haqda tezliklə daha ətraflı məlumat veriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 16 Aprel 2025 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















