Icma.az
close
up
RU
AYNA dan kütləvi narazılıq: “Əsassız 600 manat CƏRİMƏ YAZIRLAR” ŞİKAYƏT

AYNA dan kütləvi narazılıq: “Əsassız 600 manat CƏRİMƏ YAZIRLAR” ŞİKAYƏT

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində yük avtomobilləri üçün quraşdırılmış tərəzi sisteminin düzgün işləmədiyi iddia olunur. Sürücülər bildirirlər ki, bu səbəbdən AYNA tərəfindən onlara əsasız şəkildə 600 manat məbləğində cərimələr tətbiq edilib.

Bakupost.az xəbər verir ki, bu barədə ajans.az redaksiyasına bir neçə sürücü müraciət edib. Onlardan biri – Allahverdi Əhmədovun sözlərinə görə, o, Giləzi tərəzisindən 40 ton 120 kiloqram yüklə keçib. Lakin Qaradağda ona 42 ton 510 kiloqram yüklə hərəkət etdiyi əsas gətirilərək cərimə yazılıb.

Sürücü qeyd edir ki, maddi vəziyyəti acınacaqlıdır və 600 AZN cəriməni ödəmək onun üçün çətindir.

Digər sürücü – Mehman Mustafayev də oxşar vəziyyətlə üzləşib. O, Qazaxdan 39 ton yük götürdüyünü, Ağstafa və Ucar tərəzilərindən problemsiz keçdiyini deyir. Lakin Qaradağda ona 42 ton yüklə hərəkət etdiyi üçün 600 manatlıq cərimə yazılıb.

Eyni hal Nazir Ağayevin başına gəlib. O bildirir ki, “DAF” markalı yük avtomobili ilə 40 ton yük daşısa da, Qaradağ tərəzisində bu rəqəm süni şəkildə 43 tona çatdırılıb və nəticədə ona da cərimə tətbiq edilib.

Sürücülər deyirlər ki, normaya uyğun yüklə hərəkət etdiklərini sübut edən sənədləri var. Onların sözlərinə görə, Səngəçal tərəzisində dəfələrlə oxşar hallar baş verib və bu cihazın düzgün işləmədiyi ehtimal olunur.

Məsələ ilə bağlı AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) ilə əlaqə yaratmağa çalışdıq. Nəhayət, telefon zəngimizə cavab verən qurumun mətbuat katibi Tural Orucov yalnız bir cümlə ilə kifayətləndi:

“Həmin şəxslər rəsmi qaydada müraciət etməlidir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən ümumi çəkidən və ya oxa düşən yük kütləsindən 5 faiz və daha artıq həddə artıq yüklə hərəkət etməsi fiziki şəxslər üçün 600 manat cərimə ilə nəticələnir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 May 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri