AYNA kanat yolunun tikintisi üçün 10 milyon manatlıq müqavilə bağladı
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Balakən rayonunda inşa ediləcək kanat yolu layihəsi üçün avadanlıqların alınması və çatdırılması ilə bağlı satınalma həyata keçirib.
"Cebheinfo.az" xəbər verir ki, bir mənbə metodu ilə keçirilən satınalma üzrə işin icrası "Archico" MMC-yə həvalə olunub.
Müqavilənin ümumi dəyəri 10 milyon 421 min 760 manat təşkil edir.
Sənədlərə əsasən, layihəyə 2026-cı il dekabrın 30-da yekun vurulacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il mayın 8-də Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beş milyon manat vəsait ayrılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 08 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















