Icma.az
close
up
RU
AYNA: Sifarişli sərnişin daşınması formulyar doldurulmadan həyata keçirilməsinə görə cərimə nəzərdə tutulur

AYNA: Sifarişli sərnişin daşınması formulyar doldurulmadan həyata keçirilməsinə görə cərimə nəzərdə tutulur

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Sifarişli sərnişin daşınmasının (taksi avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

Onun sözlərinə görə, daşıyıcılar sifarişli sərnişin daşınmalarını həyata keçirərkən elektron sistemdən istifadə etməklə formulyar doldurmalıdırlar: “Sürücülərin maarifləndirilməsi istiqamətində AYNA tərəfindən tədbirlər keçirilir. Məqsəd bu sahədə dövlət tənzimlənməsini həyata keçirmək, sahibkarların qanuni maraqlarını qorumaq, şəffaflığı, qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etmək və yeni hazırlanmış elektron sistemdən istifadə vərdişlərini formalaşdırmaqdır”.

O xatırladıb ki, “Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında” Qərar Nazirlər Kabineti tərəfindən 2024-cü il martın 14-də qəbul edilib: “Sifarişli sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulduqdan sonra daşıyıcının və sifarişçinin (təşkilatçının) gücləndirilmiş elektron imzası ilə imzalanır. Sifarişli sərnişin daşımaları üçün tərtib edilmiş formulyarda tərtib edilmə tarixi, daşıyıcının və sifarişçinin (təşkilatçının) rekvizitləri, işçi heyəti üzvlərinin soyadları və adları, sərnişinlərin siyahısı, sərnişin avtonəqliyyat vasitəsinin markası və modeli, dövlət qeydiyyat nömrəsi, icazə verilən oturacaqların sayı, sərnişinlərin daşınması marşrutunun sxemi (yola düşmə, təyinat məntəqələri) və digər məlumatlar daxil edilir”.

E.Məcidov deyib ki, sifarişli sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə, müntəzəm marşrutlar üçün müəyyən edilən hərəkət cədvəli, hərəkət sxemi ilə yerinə yetirilməsinə, eləcə də buraxılış kartı və buraxılış vəsiqəsi olmadığına görə də həmin məbləğdə cərimə tətbiq olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 17 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see318

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see180

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see140

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see134

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see132

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see126

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see125

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see125

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see119

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see116

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri