Aynişandan SƏRT REAKSİYA “Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir?”
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva ünvanına yazılan şərhlərə qəzəblənib.
Bizim.Media xəbər verir ki, o, instaqramda yazılan “Yaş üstə yaş gəlir, Aynişan. Nə zaman ailə qurub övlad sahibi olacaqsan? Axı övladı hər yaşda dünyaya gətirmək olmaz. Özünü sev. Ancaq dünya malı dünyada qalır. Sizdən geriyə nə qalacaq? Bunu düşünün” şərhə sərt reaksiya verib.
“Siz kimsiniz ki, mənim həyatıma müdaxilə edib məsləhət verirsiniz? Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir? Hər insanın öz həyatı, öz seçimi var. Siz isə əvəzinə, öz həyatınızı qurmağa baxın. Mənim seçimlərim sizi niyə bu qədər narahat edir? Öz həyatınız bu qədər maraqsızdır? Bu cür beyin haradan qidalanır? Bunun bir mənbəyi var? Xüsusi bir pəhriz rejimi filan tətbiq olunur? Beyin hüceyrələrini bu qədər işə salmamaq üçün nə yeyib-içirlər? Vallah, öyrənmək istəyirəm, çünki bu qədər sərhədsiz fikir bildirmək, insanın şəxsi həyatına bu qədər rahat müdaxilə etmək ciddi istedaddır”, - deyə, Aynişan vurğulayıb.
Qeyd edək ki, Aynişan bir dəfə ailəli olub, ayrılıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 15 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















