Ayntraxt “Borussiya”ya üç qol vurdu, istəyi gözündə qaldı Qarabağ dan əvvəl iki imtahan da var
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 21-də “Qarabağ”ı “doğma divarlar” arasında taleyüklü oyun gözləyir. Heç şübhəsiz, komandanın Çempionlar Liqasında ilk “24-lüy”ə düşmək perspektivi məhz “Ayntraxt”la oyunun nəticəsindən asılıdı. “Köhlən atlar”ı son turda “Liverpul”la çətin səfər oyununun gözləməsi başqa cür düşünməyə imkan vermir.
Azərbaycan çempionatında fasilədi, yəni “Qarabağ” ciddi oyun praktikasından məhrumdu. Almaniyada isə mövsüm qaldığı yerdən davam edir. Həftəsonu birinci bundesliqada 16-cı turun oyunları keçirilib. Özü də turun ilk oyunu “Qarabağ”ın rəqibinin payına düşüb. Frankfurtlular yanvarın 9-da Dortmund “Borussiya”sını qəbul edib. Bu oyunda qapılara nə az, nə çox – 6 qol vurulub. “Ayntraxt” iki dəfə hesabda geri düşüb, bir dəfə irəli çıxıb, amma qələbə hesabını qoruya bilməyib.
Bayer 10-cu dəqiqədə “sarılar”ı önə çıxarsa da, Can Uzun 22-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirib. Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb. İkinci hissədə, daha dəqiqi, 68-ci dəqiqədə “Borussiya” növbəti dəfə hesabı öz xeyrinə dəyişib – Nmeça fərqlənib. Ancaq “Ayntraxt”ın yaxınlarda transfer etdiyi, bu komandanın heyətində ilk oyununu keçirən Yunes Ebnutalib 71-ci dəqiqədə tribunalara toplaşan 60 minə yaxın azarkeşi sevindirib. Mahmud Daud 90+2-ci dəqiqədə “Ayntraxt”ın 3-cü qolunu vuranda frankfurtlu azarkeşlərin sevinci bir qədər də artıb. Sadəcə, Çukvuemeka 90+6-cı dəqiqədə hesabı bərabərləşdirməklə meydan sahiblərinin qələbə istəyini gözündə qoyub.
Hazırda 26 xalla 7-ci pillədə qərarlaşan “Ayntraxt” Bakıya səfər ərəfəsində daha iki oyun keçirəcək. Frankfurtlular bu gün “Ştutqart”ın, yanvarın 16-da isə “Verder”in qonağı olacaq.
Sonda “Ayntraxt”ın “Borussiya”ya qarşı oynayan heyətini də xatırladırıq: Santos, Kristensen, Kox, Teate (Kollinz, 83), Knauff (Götse, 77), Larsson, Höylunn (Daud, 77), Braun, Doan, Uzun (Kalimuendo, 63), Ebnutalib.
ORXAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 13 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















