Icma.az
close
up
RU
Ayrılan vəsaitlər gözlənilən nəticəni vermir

Ayrılan vəsaitlər gözlənilən nəticəni vermir

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Hesabata əsasən, ötən il ümumilikdə 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirilməsindən keçirilib. Audit nəticəsində müəyyən edilən 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon manat səmərəsiz xərclər olduğuna dair Hesabatda ətraflı təhlillər təqdim olunub. Əvvəlki illərin hesabatları  göstərir ki, problem tədricən növbəti illərə ötürülür.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Deputat qeyd edib ki, hökumət strukturlarının planlaşdırma fəaliyyətinin, o cümlədən icra mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Maliyyə təhrifləri isə qərarvermə prosesində istifadə olunan məlumatların etibarlılığına birbaşa təsir edir. Lakin ən vacib indikator səmərəlilikdir. Çünki bir sıra sahələr üzrə ayrılan vəsaitlərin gözlənilən nəticəni verməməsi dərin təhlillər tələb edir.

“Şamaxıda fəaliyyətə başlayan “Star LTD” zavodu bir vaxtlar məişət texnikası istehsalı üzrə ölkədə mühüm layihələrdən biri idi. Lakin sonra istehsal prosesi tamamilə dayandı. Mingəçevirdə fəaliyyət göstərən “Kür” kompüter zavodu, eləcə də avtomobil sənayesi üzrə açılan müəssisələr – Gəncə və Naxçıvan Avtomobil Zavodlarının istehsal həcmi və bazar əhatəsi də gözlənilən səviyyəyə çatmayıb. Əlbəttə, bir sıra sənaye sahələrində artım inkaredilməzdir. Hesabat təsdiq edir ki, problem vəsaitlərin ayrılmasında deyil, layihələrin iqtisadi əsaslandırılması və sonrakı idarə edilməsindədir”.

Z. Oruc qeyd edib ki, Palatanın hesabatında diqqət çəkən və bütün vətəndaşları əhatə edən icbari tibbi sığorta sistemidir:

“Audit nəticələri göstərir ki, əhalinin sığortalanmasına ayrılan dövlət vəsaitlərinin proqnozlaşdırılması üçün istifadə olunan məlumatlarla real statistik göstəricilər arasında uyğunsuzluqlar var. Lakin sənəddə bildirilir ki, adambaşına düşən icbari tibbi sığorta haqqının məbləğinin hansı metodologiya əsasında müəyyən edildiyi tam aydın deyil. Onda sual olunur, ayrılan vəsait həqiqətən xidmətə və nəticədə vətəndaşın ehtiyac duyduğu müayinəyə-müalicəyə çevrilirmi? İnanırıq ki, yeni institisuional islahlatlar nəticəsində məsələ həllini tapacaq”.

Hesabatda xüsusi diqqət çəkən istiqamətlərdən biri də işğaldan azad olunan ərazilərdə həyata keçirilən mühüm layihələrlə bağlıdır:

“Doğrudan da Qarabağ və ətraf bölgələrdə aparılan işlərin miqyası və tarixi əhəmiyyəti təkcə infrastuktur hadisəsi deyil, Yeni Vətən quruculuğudur, miqyasca ölkəmizin beşdə biri olsa da, bir nömrəli strateji yolların və dəhlizlərin yaradıldığı  coğrafiyanın mənfidən – yerin altından  başlayaraq, qəhrəmanlıqla tikilməsidir. Prezident məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının sürətləndirilməsi vəzifəsini bir nömrəli dövlət kursu elan edib. Məhz belə ali diqqət və məsuliyyət fonunda Hesablama Palatasının  göstərdiyi nöqsanlar xüsusi məna kəsb edir.

Hesabatda göstərilir ki, bəzi tikinti layihələrinin icrası zamanı  dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmur. Sənəddə vurğulanır ki, özəl sektor tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan kommersiya obyektlərinin – bazar kompleksləri, ticarət və xidmət binalarının dövlət büdcəsi hesabına tikilməsi halları mövcuddur. Dövlət resurslarının sosial  məqsədlərdən kənara çıxaraq, kommersiya maraqlarını üzərinə götürməsi nə dərəcədə məqsədə müvafiqdir? Eyni zamanda, yaşayış evlərinin və mənzillərin layihələndirilməsində daha səmərəli yanaşmaların tətbiqi tövsiyyə olunur. Yəni, eyni vəsaitlə daha çox sayda və keyfiyyətli yaşayış sahələri qurula bilərdi. Digər mühüm məsələ isə artıq tamamlanan obyektlərin istifadəyə verilməsi ilə bağlıdır. Məsələn, Şuşa şəhərində Mərkəzi Xəstəxananın tikintisi başa çatsa da, onun istismara qəbulunun gecikməsi, dövlət balansına qəbulunun ləngiməsi və fiziki aşınmaya məruz qalmasına dair Hesabatdakı rəy və tövsiyyələrə ikiqat məsuliyyətlə yanaşmaq tələb olunur” – deputat sonda vurğulayıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri