Ayrıldığı 14 yaşlı sevgilisinin intim görüntülərini yaydı HƏBS EDİLDİ
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Maştağa qəsəbə sakini 2000-ci il təvəllüdlü Malik Məmmədov (adlar və soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 171-1-ci (Uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə iş açılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, instagramda tanış olduğu 14 yaşlı Südabənin intim görüntülərini əldə edərək özündə saxlayıb. Malik qızın qohumlarının telefon nömrəsini də ondan tələb edərək alıb. Bir müddət sonra münasibətlərinin pozulmasını və qızın onu sosial şəbəkədə bloklamasını bəhanə edərək görüntüləri olan 5 müxtəlif videonu onun anasına və digər qohumlarına göndərib.
Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Malik 5 il həbs cəzasına məhkum edilib. Oktyabrın 1-i keçirilən son məhkəmə iclasında o həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 06 Oktyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















