Icma.az
close
up
RU
Ayrılıqları aşıb keçən nəğməkar

Ayrılıqları aşıb keçən nəğməkar

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaqub Zurufçu – 70

Yaqub Zurufçu 1956-cı il aprelin 8-də Təbrizdə doğulub, ABŞ-da vətəndaşlıq alıb, sonra Bakıda yaşayıb və milli musiqi ifaçılığını zənginləşdirib. Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülən vətənpərvər sənətçi milli musiqimizi Avropada, Cənubi və Şimali Amerikada, Afrikada, hətta uzaq Yaponiya və Avstraliyada uğurla təbliğ edərək, milyonlara sevdirə bilib.

Onun səsi ilk dəfə məşhur “Cücələrim” mahnısı ilə Təbriz radiosunda efirə veriləndə 7 yaşı vardı. Gənclik illərində oradakı yerli televiziyada “Evləri var xana-xana”, “De, gülüm gəlsin, ay nənə”, “Dilbər” mahnılarını ifa etməsi ilə tanınaraq sevilib. Möhürünü vurduğu mahnı isə “Ayrılıq” olub.

Məni ağladandan gülüş istərəm,
Uzaq düşənimlə görüş istərəm,
Hasarı yıxmağa yürüş istərəm,
Ayrılıq, ayrılıq, aman ayrılıq,
Hər bir dərddən olar yaman ayrılıq…

Xatırlayırıq ki, sözləri Fərhad İbrahimiyə, musiqisi Əli Səlimiyə aid olan, illər öncə Fatma Qənnadinin, Rəşid Behbudovun, Lütfiyar İmanovun və başqalarının oxuduğu həmin mahnını 1989-cu ildə ilk dəfə Azərbaycana gələn Yaqub Zurufçu Bakının Azadlıq meydanında həmrəylik çağırışı kimi səsləndirəndə dəniz kimi dalğalanan izdiham göz yaşları içərisində nəqəratını xorla təkrarlayırdı. Mahnının son notlarına çatanda isə 33 yaşlı Yaqub bəy kütlənin qarşısında diz çökməklə daha da ucaldı.

Onu da qeyd edək ki, hələ 1985-ci ildə Almaniyada konsert zamanı Rəşid Behbudov Gülağa Məmmədovun təklifi ilə söz verilən Yaqubun ifasında “Ayrılıq” mahnısına heyranlıqla qulaq asıb və gənc müğənnini elə səhnədəcə bağrına basaraq deyib: “Daha arxayınam ki, məndən sonra davamçım var”. Yaqub Zurufçu uzun illər xaricdə yaşasa da, bir çox ölkədə Azərbaycan mahnılarından ibarət 30-dan çox musiqi albomu işıq üzü görüb və sevə-sevə alınaraq dinlənilib.

Ulu öndər Heydər Əliyev də gözəl səs sahibinin böyük pərəstişkarı idi. Ümummilli lider Klivlenddə müalicə olunarkən onu ziyarət edən Yaqub Zurufçu böyük şəxsiyyətin sevdiyi mahnıları pianoda özü çalaraq, ustalıqla ifa edib. Sonra Bakıya qayıdan dahi rəhbər Prezident Administrasiyasında Yaqub bəyi qəbul edərək ona olan rəğbətini dilə gətirmişdi: “Mən səni, sənin sənətini çox sevirəm. Təbiidir, səni məndən başqa da Azərbaycanda çoxları, hamı sevir. Çünki sən Azərbaycanın o ağır illərində xalqımıza öz mahnılarınla, öz sənətinlə çox qürur vermisən, mənəvi dayaq olmusan!”.

Dünyanı başa-baş gəzsə də, hər zaman Bakı həsrəti ilə yaşayan Yaqub Zurufçu bu arzusuna çatandan sonra ABŞ vətəndaşı olmaqla yanaşı, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb və bütün xalqın doğmasına çevrilib. Qarabağın azad olunmasını arzulayan və bu müqəddəs amala tezliklə nail olunması üçün özünün sənətkar töhfəsini verən görkəmli sənətkar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə hərbçilərimizin vətənpərvərlik ruhunun daha da gücləndirilməsi məqsədilə 35 hərbi hissədə geniş konsert proqramı ilə çıxış edib. Daim şəhid məzarlarını ziyarətə gedib, onların ailələrinə yardım göstərib. Həzin mahnıları ilə şəhid analarının yanan qəlbinə su çiləyib.

Yaqub Zurufçunun 2019-cu ilin payızında Bakıda, Heydər Əliyev Sarayında təşkil olunan solo-konserti böyük anşlaqla keçib və yaddaşlara yazılıb. Orada dahi Üzeyir bəyin əsərlərini, Bülbülün, Rəşid Behbudovun repertuarlarından klassik mahnıları, bütöv Azərbaycana, doğma Təbrizə və Bakıya həsr edilmiş musiqi əsərlərini məharətlə səsləndirib. Bu, onun 65 yaşı ərəfəsində böyük auditoriya qarşısında son hesabat konserti olub. Daha sonra Yaqub Zurufçu əslən güneyli olan Xalq şairi Söhrab Tahirin məşhur “Daha” şeirinin motivləri əsasında 2 hissəli klip layihəsi üzərində işləyib:

İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha...

Hələ 30 il əvvəl Xudafərin körpüsü üzərindən xalqımızın birlik əzmini ifadə etmiş “Ayrılıq” adlı ilk klipin davamı olacaq bu layihə Yaqub Zurufçunun xəstəliyi üzündən yarımçıq qalsa da, ondan sonra 11 yaşlı istedadlı oğlu Atillanın iştirakı ilə tamamlanıb.

Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra yaşadığı qısa dövrdə Yaqub Zurufçu öz çıxışları ilə qəhrəman oğul və qızlarımıza sənətkar minnətdarlığını öz mahnıları ilə ifadə edib. Bu ifalar Vətəndə qürbət taleyi yaşayan sənətkarın, sanki, vida nəğmələri olub.

Ə.NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri