Ayrton Sennanın dəbilqəsi 960 minə satışa çıxarıldı
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Formula 1 üzrə dünya çempionatının üçqat qalibi mərhum Ayrton Sennanın dəbilqəsi hərracda satılıb.
Globalinfo.az xəbər verir ki, baş geyimi rekord qiymətə – 720 min funt sterlinqə (təxminən 960 min ABŞ dolları) alınıb.
Həmin dəbilqə 1992-ci il Belçika Qran-Prisi zamanı braziliyalı pilotun başında olub. Senna həmin yarışda qəzaya düşərək huşunu itirən həmkarı Erik Komasın həyatını xilas edib.
Bu göstəricidə əvvəlki rekord “Ferrari”nin sürücüsü Şarl Leklerə məxsus idi. Onun dəbilqəsi 2023-cü ilin iyununda 262 700 funt sterlinqə (təxminən 350 000 dollar) satılmışdı.
Qeyd edək ki, Ayrton Senna 1994-cü ildə – 34 yaşında San Marino Qran-Prisindəki qəza nəticəsində dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:Ayrton Sennanın dəbilqəsi hərracda 670 min dollara satılıb
08 İyul 2026 05:30
Əfsanəvi pilot Ayrton Sennanın kombinezonu satışa çıxarılacaq
26 Dekabr 2024 08:49
Sennanın dəbilqəsi 965 minə satıldı
06 May 2025 13:47
Biletlər satışa çıxarıldı
04 Noyabr 2024 17:35
Kapitan satışa çıxarıldı
05 İyun 2026 12:18
Baxış sayı:133
Bu xəbər 30 Aprel 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















