Icma.az
close
up
RU
“Aytacı asandan sonra 3 aylıq uşağımızın ağladığını eşitdim...”

“Aytacı asandan sonra 3 aylıq uşağımızın ağladığını eşitdim...”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvanda 4 il əvvəl evləndiyi arvadını asıb öldürməkdə ittiham olunan 34 yaşlı Azər İbrahimlinin məhkəməsi başa çatıb.

“Qafqazinfo” Sədərək rayonunun eyniadlı kəndində baş verən qandonduran cinayətin detallarını əldə edib. Azər Ağcabədidən olan həyat yoldaşı Aytac İbrahimli ilə “TikTok”da tanış olub, cütlük bir neçə ay sonra ailə qurub. Kənd evində kirayə yaşamış ailənin birgə nikahdan iki övladı var.

Azər cinayət törətməmişdən bir neçə ay əvvəl TIR sürücüsü işləməyə başlayıb. O, mütəmadi olaraq Gürcüstana gedib-gəlib. Belə səfərlərin birində kafedə ofisiant işləyən qızla tanış olub, aralarında münasibət yaranıb.

Kişi Naxçıvanda olan vaxtlarda da həmin qızla vatsap proqramı vasitəsilə danışdığı üçün həyat yoldaşında şübhə yaradıb. Qadın ərinin vatsap hesabını gizli şəkildə öz telefonuna quraşdırdıqdan sonra hər şeyi öyrənib.

Bundan sonra cütlüyün onsuz da soyumağa başlayan münasibətləri daha da pisləşib. Bir gün sonra Aytac yenidən ərindən şübhələnərək ona irad bildirib, yaranan mübahisə nəticəsində isə ər arvadına şillə, təpik və yumruqla vuraraq onu halsız vəziyyətdə çarpayıya yıxıb.

Azər bununla da sakitləşməyib, arvadından birdəfəlik canını qurtarmaq üçün onu öldürməyi qətiləşdirib. Bu məqsədlə eyvandakı paltar ipini kəsib, Aytacın boğazına keçirib və ayağının altına qoyduğu stulu itələyərək onu qəsdən öldürüb.

Azər arvadının ölümünü intihar kimi təqdim etmək istəsə də, bir neçə gün sonra cinayətinin üstü açılıb. O, polis əməkdaşları tərəfindən tutulub. Özü ifadələrində cinayətini etiraf edib. Son vaxtlar Aytacla davamlı mübahisə etdiyini, onu bezdirdiyini deyib: “Həddən artıq qısqanc və əsəbi idi. Hər xırda şeyə görə mübahisə edirdi. Hətta dostlarımla görüşməyə gedəndə belə qısqanırdı. Gürcüstandakı qızla danışdığımı öyrənəndən sonra da vəziyyət lap pisləşdi. Amma heç vaxt onu öldürməyi düşünməmişdim. Sadəcə sonuncu gün əsəblərimi cilovlaya bilmədim. Aytacı asandan sonra özümü öldürmək istədim. Bu vaxt o biri otaqda 3 aylıq uşağımın ağladığını eşitdim. Uşağı sakitləşdirən vaxt Aytacı öldürdüyüm üçün peşman oldum, tez yanına qayıtdım. Hələ bədəni isti olduğu üçün ölmədiyini düşündüm, təcili yardım çağırdım. Həkimlər gələnə qədər Aytaca su içirdim, ürəyini masaj etdim. Heç vaxt onu öldürmək fikrində olmamışam. Sadəcə bir anlıq əsəbiləşdiyim üçün belə oldu”.

Aytacın atası da məhkəmədə ifadə verib. Hüquqi varis Azəri doğma oğlundan da çox istədiyini, ona hər cür dəstək göstərdiyini deyib: “Mən heç vaxt Azərə pis olmamışam. Ona maşına qədər alıb vermişdim. Övladları dünyaya gələndə xəstəxanadan mən çıxarmışam. Həmin gün prokuror zəng edib “qızın intihar edib” deyəndə inanmadım. Dedim ki, mənim qızımın iki övladı var, heç vaxt canına qıymaz. Sonra da əsl səbəb bilindi. Günahsız qızımı asdığına və övladlarına atalıq etmədiyinə görə haqlı cəza almasını istəyirəm”.

Azərin Gürcüstanda tanış olduğu qadının dedikləri isə ittihamı daha da möhkəmləndirib: “Həyat yoldaşı ilə xoşbəxt olmadığını, boşanmağa hazırlaşdığını deyirdi. Mən də ona demişdim ki, nə vaxt boşansa, onda yanında ola bilərəm. Həmçinin “Aytac bir gün əlimdə qalacaq”, “Evdə onu öldürəcəyəm” kimi sözlər deyirdi. Azəri bloka atsam da, başqa nömrələrdən mənə zəng edirdi. Sonuncu dəfə Aytac onun telefonundan mənə zəng edib təhqir etdi. Bir neçə saat sonra da öldüyünü eşitdim.”

Məhkəmə yekunda toplanmış sübutlar və şahid ifadələri əsasında Azər İbrahimlini qəsdən adam öldürməkdə təqsirli hesab edib. Ona 13 il müddətinə həbs cəzası verilib.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri