Icma.az
close
up
RU
Ayxan Abbasov: “2 gündür, yatmıram”

Ayxan Abbasov: “2 gündür, yatmıram”

Icma.az, sport24.az saytına istinadən bildirir.

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Ukrayna oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Belə oyundan sonra danışmaq çətindir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Bir gün vaxtımız var idi və ancaq psixoloji durum, istək, xarakter üzərində çalışdıq. Meydanda mübarizə aparmaq önəmli idi. Hesab nə olur olsun, uşaqlara təşəkkür edəcəkdim. Çoxdandı, millidə bu ruh görünmürdü. Bəlkə də, futbolçular da təzyiq altında idi. Azarkeşlərə də təşəkkür edirəm. Çətin anda dəstək oldular. Elvin Cəfərquliyev yorulmuşdu, əvəzlənmə istəyirdi. Ancaq Abdulla Xaybulayevin zədələnməsinə görə oyunda saxladıq. Azarkeşlərin dəstəyi ilə ona da güc gəldi. Qazanılan xal futbolumuza ruh gətirəcək. Rəqibin gücünü bilirdik. Başa düşürdük ki, ağır səfərdən gəliblər. Biz də böyükhesablı məğlubiyyət yaşamışdıq. Psixoloji durum yaxşı deyildi. Emin Mahmudova görə sevinirəm, istədiyi qolu vurdu. Sevinc, gülüş varsa, deməli bəzi şeylər yaxşı alınıb.

– Santuşun bərbad vəziyyətə qoyduğu millidə bir gündə nəyi dəyişdiniz?


– Bir gündə çox şeyi dəyişə bilmərik. Hazırlaşmaq üçün çox məşqimiz olmadı. Səhər taktiki çalışma etdi. Bir gündə maksimum edə biləcəyimizi etdik. Rəqibin də təhlili önəmli idi. Ukraynada təhlükəli oyunçular var. Bu gün komanda olaraq istədik.

– U-21 də bu gün heç-heçə etdi. Eyni anda iki yığmaya köklənmək çətin olmadı?


– U-21-ə görə sevinirəm. Portuqaliyada böyük hesabla uduzmuşduq. İnanın ki, futbolçular orda çox gözəl mübarizə aparmışdı. U-21-in inkişafı göz önündədir. 4 aydır, birlikdəyik və ilk rəsmi oyunumuz bu gün oldu. Bu gün 65-ci dəqiqəyə qədər oyunu izlədim. İstədiklərimizi futbolçular yerinə yetirirdi. 2 gündür, yatmıram. Köməkçilərimlə çalışmışıq. Azərbaycan varsa, hər şeyə dözməliyik.

– Qarşıda Fransa ilə oyun var. Nələri dəyişmək istəyirsiniz?


– Danışmaq çətin olar. Hazırda U-21-in baş məşqçisiyəm və qarşıda iki çətin səfər matçı var. Fransa haqda danışmaq düzgün olmaz. Qərarın nə olacağını bilmirəm. Mübarizə aparmaq lazımdır. Ukrayna yığması fransızlara qarşı çox yaxşı mübarizə aparmışdı. Görünən odur ki, onlara qarşı oynamaq olar. Gücümüzü qəbul etməliyik. Reallıq var. Çox şey istəyirik. Özümüzü böyük ölkələrlə müqayisə edirik. Buna vaxt lazımdır. Fransaya qarşı mübarizə aparsaq, hər şey olar.

– Çoxdan idi, belə mübarizəli komanda görmürdük. İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra komandanı oyuna çıxarmaq çətin olmadı?


– Oyunun epizodlarına baxdım. U-21-lə səfərdə idim. Təhlillər edirdik, Bolqarıstanla matça hazırlaşırdıq. Sonra ani hadisələr başladı. Futbolçuları o məğlubiyyətə qaytarmaq istəmədik. Bazaya girəndə futbolçularda məyusluq, dağınıqlıq göründü. Əlbəttə, təcrübəli oyunçularla, ümumi komanda ilə görüşüm oldu. Komandanın potensialı var. Daha yaxşısını edə bilərik.

– Mahir və Renatın zəif oyunu nə ilə bağlıdır?


– Taktiki baxımdan pis oynamadılar.

– Oyundan əvvəl penaltinin vurulması ilə bağlı seçim olmuşdu?


– Eminə vermişdik. Eminin qol vurmasını uşaqlar çox istəyirdilər. Paltardəyişmə otağında dedilər ki, Emin qol vurdu, canımız qurtardı (gülür). Penalti vuranımız Emin idi. Toral meydana daxil olmaqla oyunu dəyişdi. Onunla başlamaq haqda çox düşünmüşdük. Lakin sonra onun əvəzetmədən oyuna daxil olmasını məqsədəuyğun hesab etdik.

– Anatoli Nuriyevin son dəqiqələrdə qaçırdığı şansı necə dəyərləndirirsiz?


– Bu oyundan sonra kimdənsə incimək düzgün olmaz. Epizoda necə getdiyimizə baxaq, əzmkarlıq var idi. Açığı, 100 faizlik epizod da deyildi. Anatoli meydana daxil olandan sonra oyunu gücləndirdi.

– AFFA rəhbərliyi ilə görüşdə danışıq necə olub?


– Rəhbərlik oyundan sonra da təbrik etdi. Görüşümüz oldu, bir oyunluq kömək lazım idi. Bir gündə kənardan kiminsə gəlməsi düzgün olmazdı. Federasiyanın məşqçiləriyik. Kömək lazımdırsa, borcumuzdur. Gələcək haqda danışmadıq, tezdir. Zaman göstərəcək.

– İki yerdə işləmək çətin deyil dediniz, bəs üç yerdə?


– Yaxşı sualdır (gülür). Üç yer olmur. Bu gün məcburi vəziyyət yarandı. "Şamaxı"da işim davam edir. Üç yerdə də çatdırmaq olar, amma iki yer daha yaxşıdır.

– İlk dəfə millinin düşərgəsində olaraq baş məşqçi kimi nə hisslər keçirdiniz?


– U-21-də uşaqlarla danışanda qarşımıza məqsəd qoymuşuq ki, ən yaxşı xalı yığaq. Fərqli hisslərdir. Sözlə ifadə etmək olmur. Hər məşqçinin, futbolçunun arzusudur. Bu hisslər unudulmur. İlk matçda xal qazanmaqla hər kəsi sevindirmək unudulmaz oldu.

– Xaybulayevin indiyə kimi milliyə çağırılmaması sizə təəccüblü deyil?


– Bunu çox müzakirə edirdik. Bu gün Xaybullayev Azərbaycan çempionatında dayaq yarımmüdafiəçisi mövqeyində ən yaxşısıdır. "Şamaxı"ya da, "Turan Tovuz"a da dəvət etmək istəmişdim, son anda alınmadı. Əzmkar oyunçudur, xarakter göstərdi. Milliyə gələndə özümə borc bildim ki, son turların yaxşıları – Rüstəm və Xaybulayevi çağırım. Belə oyunçular millidə olmalıdır. Əlavə 1-2 futbolçu da ola bilərdi.

– Həmişə deyirik ki, illərlə xarici mütəxəssislərlə vaxt itirmişik. Sizcə, həqiqətənmi belədir, ya futbolçuların maksimumu mübarizə aparmaqdır?


– İndi bu suallara cavab versəm, başqa cür başa düşüləcək. Deyəcəklər, bir xal qazandı, hər şey yaxşıdır. Bu suallara başqa vaxt geniş cavab vermək olar. Əcnəbi məşqçi çalışmamalıdır deyə bir şey də yoxdur. Çətin mövzu, çətin qərarlardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Sentyabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri