Icma.az
close
up
RU
Ayxan Abbasov: “Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə…”

Ayxan Abbasov: “Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə…”

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Oyunun çətin keçəcəyini dünən də bilirdik. Rəqibin necə ciddi hazrlaşdığını da gördük. Azarkeş dəstəyi də var idi, ilk dqiqələrdən pressinq etdilər. Briinci hissənin son dəqiqəsində qol buraxdıq. Bəlkə dözə biləsydik, rəqib ikinci hissə daha da üstümüzə gələcəkdi. Rəqibin ustalığı yüksək səviyyədə idi. Oyunçularım əzmkarlıq göstərdi. Bu da vacibdir. İstək və vacib olduqdan sonra gələcəkdə daha rahat olacaq. Bu komandalarla oynayaraq, təcrübə yığmaq lazımdır. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Üç gündən sonra daha çətin oyun gözləyir bizi. Ukrayna ilə oyuna hazırlaşacağıq. Allah qoysa, davam edəcəyik".

Mahir Emrelinin oyununu necə qiymətləndirərdiniz?


- Mahir mənim fikrimcə, son vaxtların ən yaxşı oyunlarından birini keçirdi. Əzmkar idi. Hücumlarımızın alınmaması rəqibin təzyiqi ilə bağlı idi – imkan vermirdilər. Tək qaldığı üçün çətinlik çəkirdi. Amma pis təsir bağışlamadı. Ona da dəstək olmalıyıq. Gələn oyunda rotasiya da mümkündür. Mahir maksimum səviyyədə kömək etməyə çalışdı.

Bu məğlubiyyət komandanın psixoloji durumuna təsir edəcək?


- Fiziki baxımdan çətinlik olacaq, amma heyətimiz genişdir. Qarşıdakı iki gün bərpa üçün vaxtımız var. Digər futbolçular da oynamağa hazırdır. Milli komandada qısa müddətdə oyuna uyğunlaşmaq vacibdir. İkinci qolda standart vəziyyətdə daha diqqətli ola bilərdik. Əgər diqqətli olsaydıq, hesab bu qədər böyük olmazdı. Bu səhvlərdən nəticə çıxaracağıq.

45+1-ci dəqiqədə buraxılan qolu necə dəyərləndirirsiniz?


- O qolu, məncə, yalnız Mbappe vura bilərdi. Ustalıq səviyyəsi və sürəti ilə uzaq küncə dəqiq zərbə endirdi. Futbolçularım maksimum çalışdılar ki, qarşısını alsınlar, amma belə oyunçulara qarşı oynamaq çətindir. Ola bilərdi ki, fasiləyə 0:0 getsəydik, ikinci hissə daha çətin keçərdi. Komanda inanırdı ki, mübarizə apara bilərik, bu da bizim üçün vacib idi.

Mahirin meydanda qalması məcburiyyətdən idi?

 
Fikrimcə, ilk əvəzetməni bir qədər gec edə bilərdik. Rüstəm Əhmədzadə əvəzetmə istədi, eyni anda iki oyunçu dəyişikliyi etməyi məqsədəuyğun saymadıq. Toral Bayramov çoxmövqeli futbolçudur, amma istədiyimiz dəqiqəni saxlaya bilmədik. Standart vəziyyətlərdə çətinlik yaşadığımızı hiss edirdim və həmin dəqiqələrdə qol buraxdıq. Rəqibin hücumlarına hazırlaşmışdıq. 90 dəqiqə hücumun qarşısını almaq olmur.

- Oyunun ən yaxşılarından biri Abdulah Xaybulayev idi..


- Məncə də, o, ən yaxşılardan idi. Sevinirəm ki, əsas heyətdə yerini yavaş-yavaş qazanır. Yoruldu. İkinci qolda daha sadə oynayıb, hücuma çıxmalıydıq. Əzmkardır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sport24.az
archiveBu xəbər 11 Oktyabr 2025 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri