Icma.az
close
up
RU
Ayxan Abbasov: “Heç bir kluba hörmətsizlik etməmişəm”

Ayxan Abbasov: “Heç bir kluba hörmətsizlik etməmişəm”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində sabah Fransaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Çətin rəqibə qarşı oynayacağıq. Səfərdə də onlara qarşı ağır oyun keçirmişdik. Futbolçularım həmin görüşdə mübarizə aparmışdı. 70 dəqiqəyə qarşı yaxşı oynamışdıq, sonra rəqib təzyiqi artırıb, çətinlik yaşatmışdı. Sabah heyətdə dəyişikliklər ola bilər. Rəqibdə yaxşı gənc oyunçular var. Onlar da şans qazansa, özlərini göstərməyə çalışacaqlar. Bizim də itkilərimiz var. Təəssüf ki, dünən də Toral Bayramov da zədələndi. Lakin meydana çıxacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçular yaxşı mübarizə aparacaq. Belə komandayla mübarizə aparmaq özü bir yaxşılığa doğru bir şeydir.

– Seçmə mərhələnin son oyunudur. Sabah nədənsə qorxmamalıyıq. “Avtobus”u kənara qoyub, hücum futbolu oynamağı düşünmürsünüz?
– Fransaya qarşı bütün komandalar çətinlik çəkir. Yanaşmağımıza baxaq, İslandiya ilə iki matç arasında çox fərq var. Ən çox hücum etdiyimiz bundan öncəki İslandiyaya qarşı oyun idi. Qol epizodları da yaratmışdıq. Əvvəl 1-2 epizoda sevinirdiksə, bu matçda 6 real şansımız olmuşdu. Futbolçular da hücum etmək istəyir, rəqibdən çox şey asılıdır. Sabah əsas məqam mübarizə aparmaqdır. Ancaq hücum etmək deyə bir şey yoxdur. Çempionlar Liqasında olan komandalar da həm hücum edir, həm müdafiə olunur. Təəssüf ki, indi biz ancaq müdafiə üzərində dayanırıq. Sabah öz yanaşmamız olacaq.

– Heyətdə itkilər artır. Hazırda sol cinah müdafiəçisi oynaya biləcək tək oyunçu Rüfət Abbasov qalıb. Sabah onun 90 dəqiqə mübarizə aparmağa gücü çatacaq?
– Sol müdafiəçilərin zədələnməsi bizi çətinə saldı. Amma Rüfət debüt oyununda yaxşı çıxış etdi. Axşam heyətlə bağlı qərarımızı verəcəyik.

– Yunis Hüseynov bildirib ki, Ayxan Abbasov “Turan Tovuz” haqda danışmasın…
– Bu mövzulara toxunmayaq. Burda oturmuşamsa, bütün klublar mənimçün eynidir, hamısına hörmətlə yanaşıram. Heç bir kluba hörmətsizlik etməmişəm.

– İlqar Qurbanov köməkçilərinizin sırasında əyləşməsi nə ilə bağlıdır?
– Bütün dünyada belədir. Təəssüf ki, indi nələrsə axtarışındayıq. Qurbanovun öz işi, mənim öz işim var.

– Şahruddin Məhəməddəliyevin cəzası bitib. Sabah ona şans veriləcək?
– Şahruddin birinci qapıçımızdır. Sabah da qapıda o olacaq.

– Toralın durumu necədir?
– Birinci dərəcəli dartılma var. 5-6 gün bərpa keçməlidir.

– Didye Deşam dedi ki, sabah qarşımızda inadkar komanda olacaq. İbrahima Konate də millimizin oyununun onları təəccübləndirdiyini dedi. Sabah nəticə ilə onları təəccübləndirə bilərik?
– Niyə də yox? Futbolda indi hər nəticə olur. Futbolçularımız da inanır. İslandiya ilə matçda qələbəyə köklənmişdik. Qrupumuzda həm İslandiya, həm Ukraynanın şansı var. Başqa qruplara baxanda, demək olar, hər birində zəif kollektivlər var. Bizim qrupda isə daha güclü komandalardır.

– Stadionun dolu olması gözlənilir. Azarkeşlər də ulduz futbolçular görmək istəyir. Sabah fanatlar üçün hansısa sürpriziniz var?
– Klublarımızla da böyük komandalar oynayanda tribunalarda fərq olur. Mübarizə aparmağa çalışacağıq. İnşallah, onları sevindirə bilərik.

– Fransa yığmasında çox dəyişiklik olacaq. Sizinçün prestijli səfər qazanmaq adına fürsət ola bilər…
– Rəqib mundiala vəsiqəni təmin edib. Bilirik ki, gənclərə şans veriləcək. Amma o gənclər də Avropanın top klublarında oynayanlardır. Bizimçün rəqibin fərqi yoxdur, eyni mübarizəmizi aparacağıq.

– Deşam qrupu maksimum nəticə ilə bitirmək istədiklərini deyib. Bəs sizin əsas motivasiyanız nədir?
– Bu komandalar həmişə meydana qələbə üçün çıxır. Motivasiyamız böyük komandalara qarşı mübarizə aparmaq, xalımızı artırmaqdır. Futbolçular belə oyunlarla bərkiyir, böyüyür.

– Əvvəl yerli məşqçi davası edirdik, gəldi. İslandiya ilə oyundan sonra isə hamı deyir ki, material yoxdur, limit ləğv olunub. Millinin məşqçisi kimi materialı necə dəyişəcəksiniz?
– Heyətlə bağlı problemlər yaşayırıq. Millətlər Liqasında itkilərimiz olmasa, yaxşı mübarizə apara bilərik. Qarşıda vaxt var. Futbolçular formada olmalıdır. Formada olmaq üçün də oynamalıdırlar. Milliyə oyunçu hazır gəlməlidir. Onu 3-4 günə hazır etmək olmur. Eyni zamanda seçimlərimiz də olmalıdır. Limitə baxmadan, yerli oyunçular mübarizəni udmalıdırlar. Bu gün 4 hücumçumuz da formada olsa, seçim edə, daha yaxşı ola bilərik. Potensialımız var, amma tam formada deyilik.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Noyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri