Icma.az
close
up
RU
Ayxan Abbasov: “Heç bir klubla danışığım olmayıb”

Ayxan Abbasov: “Heç bir klubla danışığım olmayıb”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XXXI turunun “Neftçi” – “Şamaxı” oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Son oyunları gözləyirik. Çempionatın elə yerindəyik ki, bəzi matçlar formal xarakter daşıyır. Buna baxmayaraq, qarşıda bir ev matçımız var, “Turan Tovuz”la qarşılaşacağıq. Hazırlaşacağıq, bəzi futbolçular var, onları meydanda görmək istəyirik.

– Ardıcıl iki güclü rəqiblə oynadınız və qol vura bilmədiniz. Futbolçuların oyunlara köklənməyində problem hiss edirsiniz?
– İki matçda altı qol buraxmışıq. Buna qədər səhv etmirəmsə, az qol buraxan komandalar arasında 4, ya 5-də idik. Təqvimimiz ağır oldu. Bilirdik ki, son matçlar çətin keçəcək, rəqiblər daha iddialı kollektivlərdir. Bu oyunlardan əvvəl çempionatdakı yerimizi təmin etdik. Mövsümün sonudur və yorğunluq normaldır. Liqa bizim üçün gərgin keçdi. Görürsən ki, futbolçular istirahəti gözləyir. Bu da normaldır. Rəqibi də qeyd etmək lazımdır, onlar da hər matça final kimi yanaşır. Futbolçular ağır yolda canlarını qoydular. Azarkeşlərimizi sevindirmək istəyirdik, təssüf ki, alınmadı.

– Sizcə, burdakı birinci oyunda, yoxsa bugünkü matçda “Neftçi”yə qarşı çox çətinlik çəkdiniz?
– Şamaxıda 2:2 hesablı heç-heçə etmişdik və asan alınmamışdı. Həmin oyunda rəqib bizdən böyük ölçüdə fərqlənməmişdi. Düzdür, matçın sonları dramatik alınmışdı. Bugünkü görüşlə müqayisə etmirəm. “Neftçi” bu gün üstün idi, son matçlarda da yaxşı çıxış edirlər. “Qarabağ”ı məğlub etdilər, sonra “Karvan-Yevlax”a qalib gəldilər. Onların Avroliqa yolu açılıb. “Neftçi” Azərbaycan futbolunun tarixidir. Heyətlərinin potensialı var və daha yüksəkdə olmağa layiqdirlər.

– “Şamaxı”dakı taleyinizə aydınlıq gəlib? Təklif olsa, sizi fikrinizdən döndərə bilər?
– Klubla danışmışıq və vəziyyəti təhlil etmişik. İnşallah, qarşıdakı iki oyundan xal qazanıb, elə ayrılarıq.

– “Şəfa”dan təklif var?
– Belə söhbət olmayıb. Bir işə köklənməliyik, qarşıda ağır yol var. Heç bir klubla danışığım olmayıb.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 May 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri