Icma.az
close
up
RU
Ayxan Abbasov Millətlər Liqasında kimi güclü sayır?

Ayxan Abbasov Millətlər Liqasında kimi güclü sayır?

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Millətlər Liqasında ilk yarımfinal matçında Portuqaliya millisi qalib gələ bilər”.

Bunu İdman.biz-ə açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

O, UEFA Millətlər Liqasının “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Abbasovun sözlərinə görə, ilk yarımfinal cütündə Portuqaliya yığması Almaniyadan zəif deyil: “Bunu son oyunlar da göstərir. Heyətində dünya futbolunun əsas ulduzlarından olan Kriştiano Ronaldo var. Düzdür, yaşı çox olsa da, rekordlara imza atır, qol və oyun saylarını artırır. Mən bugünkü görüşdə Portuqaliyanı daha şanslı görürəm. Almaniya favorit olsalar da, Ronaldonun komandası finala çıxacaq. Digər cütlükdə isə İspaniyanı Fransadan güclü hesab edirəm. Onlar son illər gənc futbolçularla daha yaxşı çıxış edirlər, hətta Avropa çempionatının qalibi oldular. Bu səbəbdən İspaniyanı favorit hesab edirəm. İstəyərdim ki, finalda İspaniya və Portuqaliyanı görək”.

Gənc mütəxəssis İspaniya – Portuqaliya finalı olarsa, “qırmızı furiya”nın qalib gələcəyini deyib. Onun sözlərinə görə, ispanların heyətinin gənc olması və Avropa çempionu olduqdan sonra aldıqları motivasiya komandanı Millətlər Liqasının qalib edə bilər.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək. İlk oyun Almaniya və Portuqaliya milliləri arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Yarımfinalın digər qarşılaşması iyunun 5-də İspaniya və Fransa yığmaları arasında keçiriləcək.

Mehri Qurban
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 İyun 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri