Icma.az
close
up
RU
Ayxan Abbasov nəyi dəyişəcək? “Əsas gediləcək yol bu olmalıdır”

Ayxan Abbasov nəyi dəyişəcək? “Əsas gediləcək yol bu olmalıdır”

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin Fransaya qarşı matçda erkən qol vurması, ölkə futbolu adına bir növ hadisə kimi qiymətləndirilir. Yada salaq ki, vaxtilə Fransanın Azərbaycanı 10:0 hesabı ilə məğlub edib. Dünən dünya futbolunun nəhənglərindən biri qarşısında sərgilənən oyun, komandanın artıq fərqli mərhələyə keçməkdə olduğuna dair ümidləri gücləndirdi.

Maraqlıdır, Azərbaycan yığmasının son nəticələrini necə qiymətləndirmək olar? Ayxan Abbasovun gəlişi komandaya hansı dəyişiklikləri gətirə bilər? Bu millidən nə gözləmək mümkündür?

Mövzu ilə bağlı Ölkə.az-a danışan tanınmış idman jurnalisti, "Futbolpress" saytının baş redaktoru Elçin Cəlilov bildirib ki, Milli komandada baş məşqçi dəyişikliyi sadəcə mümkün resurslardan daha yaxşı istifadə etmək baxımından faydalı ola bilər:

"Amma bu resurslar hansı dərəcədədir? Əsas mövzu budur. Düşünürəm ki, Fransaya qol vurmaq motivasiya baxımından vacibdir. Amma bizim futbolumuz Fransa kimi ölkələrlə müqayisə oluna bilməz. Rəqabətə də girə bilməyəcək. Ortabab Avropa ölkələrinə çatmaq və onları ötmək üçün isə biz ən azı indidən başlayıb ən yaxşı halda da 7-8 il sonra düzgün iş görsək, onun nəticələrini görə bilərik.

Düzgün iş nədir? Milli komandanın nəticələrinə fokuslanmamalıyıq. Çünki bizim oyunçu-futbolçu potensialımız o səviyyədə deyil ki, biz bundan sonra yaxşı nəticələr qazanaq. Bundan sonra biz Avropa səviyyəsinə uyğun futbolçu yetişdirməsi üçün uşaq futbolundakı sistemi dəyişməliyik.

Mən düşünürəm ki, bu iş klubların öhdəsinə buraxılmamalıdır. Yəni uşaq futbolunun hansı səviyyədə olacağı ölkə Premyer Liqasındakı klubların akademiyalarının ümidinə qalıb. Məncə, burada AFFA öz ağırlığını qoymalıdır. Sistem halına salınmalı. Bütün yaş qrupları eyni sistemlə irəliləməlidir, futbolçu yetişdirməlidir ki, gələcəkdə futbolçu böyüyəndə sistemə öyrəşsin, sistemi əzbər bilsin. Mən düşünürəm ki, əsas gediləcək yol bu olmalıdır".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri