Icma.az
close
up
RU
Ayxan Abbasov: Yanaşmam başqadır, heç vaxt bu şeylərə fikir vermirəm

Ayxan Abbasov: Yanaşmam başqadır, heç vaxt bu şeylərə fikir vermirəm

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Şamaxı" Misli Premyer Liqasının 26-cı turu çərçivəsində doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamı, rəhbərliyi və azarkeşləri təbrik edirəm. Həqiqətən bizim üçün önəmli qələbə idi. Hər xal qızıla bərabərdir. Sevindirici hal odur ki, xal qazanmağı davamlı edə bilirik. Buna ehtiyacımız var idi. Çünki stabillik çatmırdı. Bunun səbəbləri bəllidir. Yeni komandayıq, bəzi səbəblər oldu. Bu gün taktiki baxımdan rəqibə üstünlük vermədik. Oyun orta xətdə gedirdi. Qol vurandan sonra nəticəyə oynadıq. İkinci hissədə tempin yüksək olmaması normal idi. Bu 3 xal bəlkə də Premyer Liqada qalmağımıza çox böyük dəstək olacaq.

- Rəqib baş məşqçi bildirdi ki, "Şamaxı" futbolçuları tempi aşağı salırdı, vaxt aparırdı. Buna münasibətiniz necədir?

- Mənim yanaşmam başqadır. Heç vaxt bu şeylərə fikir vermirəm. Biz məğlub olanda da belə hallar olub. "Turan Tovuz"la matçda 82-ci dəqiqədən 90+4-cü dəqiqəyə kimi oyun olmadı. Normaldır. Rəqib qələbə qazanmaq istəyir. Gedib deyim ki, oynayın? Vasili Berezutskinin dediklərində həqiqət var. Normal qarşılayıram.

- Edqar Adilxanovu milliyə hazır hesab edirsiz?

- Məncə, hələ milli üçün tezdir. Gəlin, tələsməyək. Bir çox futbolçular olub ki, parlayıb tez bir zamanda sönüblər. Edqarın böyük potensialı var. Amma hələ ilk addımlarını atır. Belə oynamağa davam etsə, milli komandaya namizəd ola bilər. Gənc futbolçu millidə formanı qazanandan sonra heç kimə verməməlidir. Elvin Cəfərquliyevi, Toral Bayramovu nümunə gətirə bilərəm. Bu gün Edqar milliyə hazır deyil. İnanıram ki, belə davam etsə, hazır olacaq.

- Yeni transferiniz oynamağa hazırdır?

- Bəli, bir futbolçu transfer etmək istəyirik. Dünən gecə Azərbaycana gəlib. Tibbi müayinədən keçəndən sonra müqavilə imzalayacaq. Belajdi Pusi gedəndən sonra bu istiqamətdə işimizi davam etdirirdik. Komandamıza uyğun hücumçudur. Ona inanırıq.

- Əsas vaxta artırılan 7 dəqiqə doğru qərar idi?

- Əvəzetmələr olub, həkimlər meydana girib. 7 dəqiqə ilə razıyam. Amma bizim "Turan Tovuz"la matçımızda bundan çox dayanma olmuşdu, cəmi 4 dəqiqə artırdılar. Bu gün hakimlik normal idi. Bəzən oyunun tempini salmamaq üçün kiçik foulları vermədi.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Mart 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri