Az büdcə ilə İtalyan dadı: 5 sadə və ləzzətli makaron resepti
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
İtalyan mətbəxi zəngin və ləzzətli yeməkləri ilə dünyada məşhurdur. Lakin dadlı makaron hazırlamaq üçün bahalı ərzaqlara ehtiyac yoxdur. İtalyan mətbəxində sadə və əlçatan məhsullardan istifadə ənənəsi də geniş yayılıb.
Demokrat.az evdə asanlıqla hazırlaya biləcəyiniz 5 fərqli və sərfəli makaron reseptini təqdim edir.
1. Kərə yağı və ançouslu makaron
Ançous balığının kəskin dadı bu reseptdə kərə yağı ilə yumşalır və sousa xüsusi ləzzət verir. Makaronun üzərinə limon qabığı, doğranmış cəfəri və sürtgəcdən keçirilmiş pendir əlavə etmək olar.
2. Pomidor souslu tortellini
Vaxtı az olanlar üçün sadə seçimdir. Hazır tortellinini sarımsaq və pomidorla hazırlanan sousda bişirmək kifayətdir. Üzərinə reyhan və sürtgəcdən keçirilmiş pendir əlavə etməklə ləzzətli yemək əldə etmək mümkündür.
3. Neapol üsulu pomidorlu makaron
Bu yemək sadə tərkibi ilə seçilir. Çerri pomidoru, sarımsaq və pendir əsas məhsullardır. Pomidorlar bişdikcə şirəsini buraxır və sous təbii olaraq şirin dad alır.
4. Tun balıqlı fusilli
Konservləşdirilmiş tun balığından hazırlanan bu yemək həm asan, həm də doyumludur. Tun balığı pomidor, sarımsaq, kapers və cəfəri ilə birləşdirilir. Spiral formalı fusilli makaronu sousu yaxşı saxladığı üçün bu reseptə xüsusilə uyğundur.
5. Sitsiliya üsulu sarımsaqlı spagetti
Bu reseptin əsas xüsusiyyəti sousun ayrıca bişirilməməsidir. Sarımsaq, cəfəri, acı bibər və zeytun yağı qarışdırılır, sonra isti spagetti ilə birləşdirilir. Üzərinə qovrulmuş çörək qırıntıları əlavə edilir.
Makaronu daha dadlı edən üsul
Makaronu bişirdiyiniz suyu atmayın. Nişastalı su yağ və pendirlə qarışdıqda sousun daha qatı və hamar olmasına kömək edir. Beləliklə, qaymaq istifadə etmədən də kremli konsistensiya əldə etmək mümkündür.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Sgroppino: İtalyan limon içkisi resepti
16 İyul 2026 06:07
Murov Az Terminal da italyan məşqçi
19 İyun 2026 14:03
İtalyan aşpazların makaron sirri: Bişirmə suyunu atmayın
25 Oktyabr 2026 22:26
İtalyan mətbəxinin sevilən qəlyanaltısı: Panzerotti resepti
07 Mart 2026 08:15
Əsl İtalyan pizzasının resepti açıqlandı Resept
29 Avqust 2026 11:32
Baxış sayı:174
Bu xəbər 08 Avqust 2026 10:22 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları