Icma.az
close
up
RU
AZ ÖMÜR, YÜKSƏK PENSİYA YAŞI... Və ya Azərbaycanda 65 yaşdan sonra həyat...

AZ ÖMÜR, YÜKSƏK PENSİYA YAŞI... Və ya Azərbaycanda 65 yaşdan sonra həyat...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı növbəti dəfə artırılacaq. Bu dəyişiklik “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində əksini tapıb. Qanuna əsasən, azı 25 il sığorta stajı olan qadınların pensiya yaşı 2017-ci ildən 2027-ci ilədək hər il 6 ay artırılır.

Qadınların pensiya yaşı ilə bağlı son dəyişikliklər aşağıdakı kimidir:

-2024-cü il, 1 iyul — pensiya yaşı 64-ə çatdırılıb;

-2025-ci il, 1 iyul — pensiya yaşı 64 il 6 ay olacaq;

-2026-cı il, 1 iyul — qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək, yəni 65 yaş olacaq.

Qeyd edək ki, Azərbaycanda qadınların pensiya yaşının artırılması – 2026-cı ildən etibarən 65 yaşa çatdırılması – sosial ədalət və demoqrafik reallıqlar baxımından ciddi tənqidlərə səbəb olan bir qərardır. İlk növbədə qeyd etmək lazımdır ki, 2024-cü il məlumatlarına görə, Azərbaycanda qadınların orta ömür uzunluğu 78.6 ildir. Bu isə o deməkdir ki, pensiya yaşı 65 olduqdan sonra qadınlar orta hesabla cəmi 13.6 il pensiya alacaqlar. Bu müddət Avropa ölkələri ilə müqayisədə olduqca qısadır.

Məsələn, İtaliyada qadınların pensiya yaşı 67, orta ömür uzunluğu isə 85.2 ildir. Bu, pensiya aldıqları müddətin təxminən 18.2 il olduğunu göstərir. Fransada isə qadınların pensiya yaşı 64.5, orta ömür uzunluğu 85.7 ildir. Yəni fransız qadınları təxminən 21.2 il pensiya alırlar.

Digər tərəfdən, 2025-ci ildə Azərbaycanda yaşa görə orta aylıq əmək pensiyası 573 manat (təxminən 337 ABŞ dolları) təşkil edir. Bu məbləğ bir çox Avropa ölkələri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Məsələn, Fransa, Almaniya və İtaliya kimi ölkələrdə orta aylıq pensiya məbləği 1,450–1,561 avro arasında dəyişir ki, bu da Azərbaycanla müqayisədə təxminən 5–6 dəfə çoxdur.

Bu gün Azərbaycandakı pensiya məbləği ilə kommunal xidmətləri ödəmək, dərman və tibbi xidmətlərə pul çatdırmaq, ərzaq və gündəlik xərcləri qarşılamaq çox çətindir. Belə bir reallıqda insanları daha gec pensiyaya buraxmaq – yaşlı insanları daha uzun müddət işləməyə məcbur etmək deməkdir. Lakin bu insanların böyük əksəriyyəti artıq həmin yaşda ağır iş şəraitində çalışmaq iqtidarında olmur.

Eyni zamanda, Azərbaycanda 60 yaşdan sonra sağlamlıq imkanları əhəmiyyətli dərəcədə zəifləyir. Ölkədə tibbə əlçatanlığın zəif olması, dərmanların baha olması, yaşlılara yönəlik sosial xidmətlərin azlığı fonunda pensiya yaşının artırılması, xüsusilə kənd yerlərində yaşayan qadınlar üçün daha ağır nəticələrə səbəb olur. Kənd təsərrüfatında, xidmət sektorunda, təmizlik və fiziki əmək tələb edən sahələrdə çalışan qadınlar üçün pensiya yaşının artırılması həm də bir növ haqsızlıqdır. Çünki illərlə ağır şəraitdə çalışan bu qadınların sağlamlıq imkanları daha aşağı olur. Buna baxmayaraq, onlar da digərləri kimi qanunun tələblərinə uyğun olaraq 65 yaşdan tez pensiyaya çıxa bilmirlər.

Başqa bir problem isə odur ki, bu günün reallığında Azərbaycanda 50 yaşdan yuxarı şəxslərin iş tapması olduqca çətin məsələdir. Bu yaşda işdən çıxarılan vətəndaşların 65 yaşa qədər işləmək imkanı faktiki olaraq yoxdur. Müvafiq qanunla onlar işləməsələr də, pensiya ala bilmirlər. Nəticədə yoxsulluq içində yaşayan sosial qrup formalaşır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, 2010-cu ildə pensiya qanunvericiliyinə edilən dəyişikliklər nəticəsində 2017-ci ildən etibarən Azərbaycanda pensiya yaşının mərhələli şəkildə artırılması prosesinə başlanılıb.


Ekspert qeyd edir ki, bu yanaşma Qərbi Avropa ölkələrində tətbiq olunan modellərə əsaslansa da, müəyyən ziddiyyətlər mövcuddur: “Bu Avropa praktikasına uyğunlaşdırma yanaşması bir vacib reallığı nəzərə almadan tətbiq olundu. Azərbaycanda insanların gözlənilən ömür uzunluğu Avropa ilə müqayisədə xeyli qısadır.

Məsələn, Azərbaycanda orta ömür uzunluğu 75–78 il civarındadır. Halbuki bu göstərici Avropada 82–83 il arasında dəyişir. Yəni Avropada insanlar daha uzun yaşayır, daha yaxşı tibbi xidmət alır, daha sağlam qidalanır və daha təhlükəsiz mühitdə ömür sürür. Azərbaycanda isə pensiya yaşı artırılmasına baxmayaraq, ömür uzunluğunda real artım hələ baş verməyib. Gözlənilir ki, bu artım 2035-ci illərdə özünü göstərəcək. Belə olan halda, pensiya yaşının yüksəldilməsi əslində vaxtından əvvəl verilmiş qərardır və vətəndaşların real həyat şərtlərinə uyğun gəlmir”.

Ekspert pensiyaya çıxan şəxsin daha qısa müddət pensiya almasına da diqqət çəkir: “Hesab edirəm ki, qanun tələsik qəbul olunub və daha sağlam əsaslarla planlaşdırıla bilərdi. Hazırda qanun qüvvədədir və icra edilməlidir. Lakin vətəndaşların hüquqları ilə bağlı narahatlıq doğuran məqamlar mövcuddur. Bu sistemdə pensiya kapitalı “144-ə bölünərək” hesablanır. Bu, təxminən 12 il ərzində (12 ay × 12 il) pensiya ödənişinin verilməsi deməkdir. Amma əgər bir insan 65 yaşında pensiyaya çıxır və orta ömür uzunluğu 75 yaşdırsa, o, cəmi 10 il pensiya alacaq. Bu isə həm müddət baxımından qısa, həm də aylıq pensiya məbləğinin az olması deməkdir”.

X. Kərimli vurğulayır ki, fiziki cəhətdən ağır işlə məşğul olanlar üçün Nazirlər Kabinetinin qərarı ilə pensiya yaşının 5 il azaldılmasına ehtiyac var və bu, mümkündür.

İqtisadçı qeyd edir ki, burada əsas məqsəd ölkədə pensiya alan şəxslərin sayının azaldılmasına hesablanıb: “Bu da dövlətin pensiya yükünü azaltmaq məqsədi daşıyır. Amma düşünmürəm ki, bu yolla uzunmüddətli perspektivdə əhəmiyyətli qənaət əldə olunsun. Əgər pensiya yaşı artırılırsa və bu proses geri qaytarılmayacaqsa, hökumət ən azından pensiya məbləğlərini artırmaqla vətəndaşların rifahını qorumalıdır”.

2024-cü il üçün bəzi ölkələrdə qadınların pensiya yaşı və orta ömür uzunluğu aşağıdakı kimidir:

ÖlkəPensiya YaşıOrta Ömür UzunluğuAzərbaycan64 il78.6 ilTürkiyə58 il81.4 ilErmənistan63 il78.6 ilRusiya60 il76.2 ilGürcüstan60 il77.3 ilİran55 il77.3 ilFransa64 il85.3 ilAlmaniya66 il83.5 ilİtaliya67 il85.4 ilİspaniya66 il 6 ay86.1 ilBöyük Britaniya66 il83.1 ilİsveç65 il84.7 il

Son illər kişilərdə olduğu kimi, qadınlar arasında da pensiya alanların sayında azalma müşahidə olunur. Məsələn, 2019-cu ildə yaşa görə pensiya alan qadınların sayı 466,8 min nəfər idisə, 2023-cü ilin əvvəlində bu rəqəm 404,5 min nəfərə düşüb. Bu, beş il ərzində qadın pensiyaçıların sayında təxminən 62,3 min nəfərlik (13,3%) azalma deməkdir. Bu azalma da təbii olaraq pensiya yaşının artırılması və digər sosial-iqtisadi amillərlə əlaqədardır. Mütəxəssislər bildirirlər ki, pensiya yaşının artırılması prosesi 2026-cı ildə başa çatdıqdan sonra pensiyaçıların sayında sabitləşmə və artım müşahidə oluna bilər.

Son olaraq qeyd edə bilərik ki, Azərbaycanda ömrünü ailəsinə, dövlətinə, cəmiyyətinə həsr etmiş on minlərlə qadın bu gün pensiya yaşını gözləyərkən, əslində həyatlarının ən çətin mərhələsinə qədəm qoyurlar. Onların bir çoxu bu yaşa çatmadan dünyasını dəyişir, çatanlar isə rəsmi rəqəmlərin göstərmədiyi bir reallıqla – zəif büdcə, ortaya çıxan səhhət problemləri və laqeyd bir sistemlə qarşılaşırlar.

Belə bir dönəmdə isə artıq pensiya onlar üçün rahatlıq yox, bir növ sağ qalma vəsaitinə çevrilir...

Elvin Bəyməmmədli
“AzPolitika.info”


İspaniya66

lmaniya66 il83.5 ilİtaliya67 il85.4 ilİspaniya66

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyun 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see162

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see123

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri