Icma.az
close
up
RU
Azad Ağdam dövlətin qüdrəti və quruculuğun təntənəsi

Azad Ağdam dövlətin qüdrəti və quruculuğun təntənəsi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

20 noyabr tarixi Ağdamın uzun illər davam edən işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını, dövlətimizin siyasi iradəsini və xalqımızın doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirən əlamətdar bir gündür. Ağdam Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin, milli kimliyinin, zəhmətsevərliyinin və Qarabağ torpağına bağlılığının rəmzidir.

Ağdam tarixən Qarabağın mühüm yaşayış, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları, kənd təsərrüfatı potensialı və zəngin təbii sərvətləri onun iqtisadi inkişafında mühüm rol oynamışdır. Ağdamın tanınmış abidələri sırasında Pənahəli xanın İmarət kompleksi, Cümə məscidi, türbələr, qəbiristanlıqlar və digər tarixi-mədəni nümunələr xüsusi yer tutur.
Ağdam həm də Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş sənətkarların, ziyalıların, alimlərin, ədəbiyyat və incəsənət nümayəndələrinin yetişdiyi torpaqdır. Muğam ənənələri, Qarabağ musiqi mühiti, xalçaçılıq və xalq sənətkarlığı şəhərin mədəni simasının formalaşmasında mühüm rol oynamışdır.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz Ağdamın da taleyində ağır və faciəli izlər buraxmışdır. Birinci Qarabağ müharibəsi dövründə şəhər və rayon əhalisi ciddi təhlükələrlə üzləşmiş, yaşayış məntəqələri artilleriya atəşlərinə məruz qalmış, minlərlə insan doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun böyük hissəsini işğal etmişdir. Nəticədə Ağdam şəhəri və rayonun əksər yaşayış məntəqələri dağıdılmış, dinc əhali öz doğma torpaqlarından didərgin düşmüşdür.
İşğal illərində Ağdam Azərbaycanın ən ağır dağıntılara məruz qalmış yaşayış məntəqələrindən birinə çevrilmişdir. Vaxtilə inkişaf etmiş infrastruktura, sənaye müəssisələrinə, məktəblərə, mədəniyyət ocaqlarına və yaşayış binalarına malik olan şəhər xarabalığa çevrilmişdir. Ağdam Cümə məscidi isə işğal dövründə şəhərin ağır taleyinin və xalqımızın mənəvi irsinə qarşı törədilmiş vandalizmin simvollarından birinə çevrilmişdir. Ağdamın işğal altında olduğu illər Azərbaycan xalqının yaddaşında yalnız itkilər və dağıntılarla deyil, həm də dözüm, birlik və mübarizə əzmi ilə yadda qalmışdır.
Azərbaycan xalqının müasir tarixində mühüm dönüş nöqtəsi olan 2020-ci il Vətən müharibəsi Ağdamın azad edilməsinə də tarixi zəmin yaratdı. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun böyük hərbi uğurları ilə nəticələndi. 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan bir sıra şəhər, qəsəbə və kəndlərimizi azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu və Ermənistan hərbi-siyasi baxımdan məğlubiyyətini qəbul etməyə məcbur oldu.
20 noyabr 2020-ci il tarixdə Ağdam rayonu, o cümlədən Ağdam şəhəri Azərbaycan Respublikasının nəzarətinə qaytarıldı. Bu hadisə Azərbaycanın hərbi-siyasi qələbəsinin mühüm nəticələrindən biri olmaqla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş ağdamlıların qayıdış ümidlərinin gerçəkləşməsinə yol açdı. Həmin gün Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyır. Çünki Ağdamın azad olunması yalnız bir rayonun ərazi bütövlüyünün bərpası deyil, həm də onilliklər ərzində öz doğma yurdunun həsrəti ilə yaşayan insanların mənəvi qələbəsi idi.
2020-ci il noyabrın 23-də Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etmişlər. Ölkə Başçısı İlham Əliyev Ağdam Cümə məscidini ziyarət etmiş, şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Bu səfər Ağdamın yeni tarixinin başlanğıcını simvolizə edən mühüm hadisələrdən biri olmuşdur. Dövlət Bayrağının Ağdam səmasında dalğalanması Azərbaycanın suverenliyinin, milli iradəsinin və tarixi torpaqlarına sahib çıxmaq əzminin təntənəsi idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il noyabrın 20-si Ağdam şəhəri günü kimi təsis edilmişdir. Bu Sərəncam işğaldan azad edilmiş ərazilərdə tarixi hadisələrin əbədiləşdirilməsi, milli yaddaşın qorunması və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gələcək nəsillərə çatdırılması baxımından mühüm dövlət qərarıdır.
Ağdamın azad edilməsindən sonra Dövlətin qarşısında duran əsas vəzifələrdən biri uzun illər ərzində dağıdılmış şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi olmuşdur. Azərbaycan dövləti tərəfindən Ağdamda genişmiqyaslı quruculuq və abadlıq layihələrinin həyata keçirilməsinə başlanılmışdır.
Şəhərin gələcək inkişafı müasir urbanizasiya prinsipləri, ekoloji yanaşma, dayanıqlı iqtisadiyyat və innovativ texnologiyalar əsasında planlaşdırılmışdır. Ağdamın Baş planı əsasında şəhərdə yeni yaşayış massivlərinin, inzibati binaların, təhsil və səhiyyə müəssisələrinin, mədəniyyət və istirahət məkanlarının, sənaye və xidmət obyektlərinin yaradılması nəzərdə tutulmuşdur.
Hazırda Ağdam şəhərinin bərpası çərçivəsində müasir şəhər infrastrukturunun yaradılması, yaşayış və sosial obyektlərin tikintisi, iqtisadi potensialın bərpası, tarixi-mədəni irsin qorunması, ekoloji mühitin yaxşılaşdırılması və bu kimi istiqamətlərdə mühüm işlər aparılır. Bununla yanaşı, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, ərazilərin təhlükəsizliyinin təmin olunması quruculuq prosesinin əsas şərtlərindən biridir. Bundan başqa, rəsmi mənbələrin məlumatına görə, Ağdamda Bərdə-Ağdam avtomobil yolu, elektrik yarımstansiyası, dəmir yolu və avtovağzal kompleksi, regional rəqəmsal idarəetmə mərkəzi və digər mühüm infrastruktur obyektləri üzrə layihələr həyata keçirilmişdir.
Ağdamın gələcək inkişafında ən mühüm istiqamətlərdən biri keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Çünki şəhərin həqiqi dirçəlişi yalnız binaların tikilməsi, yolların salınması və infrastrukturun yenilənməsi ilə deyil, həm də burada insanların yaşaması, işləməsi, ailə qurması və gələcək nəsillər yetişdirməsi ilə mümkündür. Bu baxımdan Ölkə Başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasını, həmin ərazilərdə müasir həyat şəraitinin yaradılmasını və iqtisadi fəallığın bərpasını təmin etməkdir.
Doğma evlərinə qayıdan sakinlər üçün yaradılan şərait Ağdamın sosial həyatının yenidən canlanmasına, ailə və icma münasibətlərinin bərpasına, şəhərin iqtisadi və mədəni həyatının inkişafına xidmət edir. Ağdamın dirçəlişi bütövlükdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Şəhərin gələcəkdə mühüm sənaye, logistika, kənd təsərrüfatı, ticarət və xidmət mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar mövcuddur.
Ağdamın iqtisadi inkişafının əsas istiqamətlərindən biri Ağdam Sənaye Parkının fəaliyyətidir. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu park işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli və xarici investisiyaların cəlb edilməsinə xidmət edir. Bununla yanaşı, Ağdamın kənd təsərrüfatı potensialının bərpası, müasir suvarma sistemlərinin qurulması, taxılçılıq, üzümçülük, heyvandarlıq və digər aqrar sahələrin inkişafı da mühüm əhəmiyyət daşıyır.
Ağdamın işğaldan azad olunması uğrunda mübarizədə canından keçmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Birinci Qarabağ müharibəsində Ağdamın müdafiəsi zamanı, habelə, 44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmamalıdır. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan dövlətinin müstəqilliyinin, xalqımızın azadlığının və ərazi bütövlüyümüzün təmin olunmasında mühüm rol oynamışdır.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri