Icma.az
close
up
RU
Azad bazar böyük adamlar yaradır: Karnegi nə ilə məşhurlaşdı?

Azad bazar böyük adamlar yaradır: Karnegi nə ilə məşhurlaşdı?

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

20-ci əsrin əvvəllərində amerikalı iş adamı, poladtökmə sənayesinin ən görkəmli nümayəndələrindən biri, həmçinin də məşhur xeyriyyəçi olan Endryu Karnegi insanlara rəhbərlik etmək bacarığı ilə məşhur idi.

Onun istedadı aşağıdakı maraqlı hadisə ilə yaxşı işıqlandırılır.

Karneginin baldızı iki oğlundan tez-tez şikayət edirdi ki, onlar kollecə daxil olaraq, evdən ayrıldıqdan sonra nadir hallarda ona məktub yazırdılar və ya onun məktublarına cavab verirdilər.

Karnegi mərc edir ki, ilk məktubundaca diqqətsiz gənclərdən cavab alacaq. Özü də onlardan xahiş etmədən. Və mərci də udur.

Karnegi uşaqlara qısa bir məktub yazır, onların işləri və uğurları ilə maraqlanır. Məktubun sonunda isə sanki təsadüfən əlavə edir: “Cib xərcliyi üçün zərfin içərisinə beş dollar da qoyuram” (bu o vaxt üçün kifayət qədər əhəmiyyətli bir məbləğ idi). Lakin o, heç bir məktubun içərisinə pul qoymayır. Tezliklə növbəti poçtla Karnegi mehriban baldızı oğlanlarından ona kollecdəki təhsilinin necə getdiyini, uğurlarından və xeyirxahlığa görə ona təşəkkür edən, amma zərfdə pul olmadığını bildirən iki məktub alır.

Bəli, Karneginin gəldiyi nəticə bu idi ki, kimdənsə nəsə almaq istəyirsinizsə, sizin nə istədiyinizi deyil, onun nə istədiklərini düşünmək lazımdır. Karnegi öz işçilərinə də bü cür münasibət göstərirdi.

Qeyd edək ki, Endryu Karnegi böyük bir xeyriyyəçi olmuşdur və sərvətinin düz 90 faizini xeyirxah işlərə sərf etmişdir. Onun yaratdığı bütün xeyriyyə fondları, muzey və qalereyaların adlarını sayıb-qurtarmaq çətindir. Maarifçiliyə qoyduğu pul da çox böyükdür.

ABŞ, Böyük Britaniya və Avstraliyada Karneginin vəsaiti ilə 2509 kütləvi kitabxana yaradılmışdır. Hazırda amerikalıların 40 faizi biliklərini Karneginin kitabxanalarında zənginləşdirirlər. Onun özü isə “kitabxanaların müqəddəs qəyyumu” titulu daşıyır.

Onun 1902-ci ildə Vaşinqtonda əsası qoyduğu Karnegi institutu hələ də fəaliyyət göstərir. Endryu Karnegi özü üçün belə bir epitafiya (məzar daşına yazılan yazı) yazdırmışdı: “Burada özündən ağıllı adamları özünə tabe etmiş adam yatır.

Elşad Səfərov.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri