Icma.az
close
up
RU
Azad çöllərimizdə sürülər otlar...

Azad çöllərimizdə sürülər otlar...

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Xocalıya ruzi-bərəkət də qayıdıb

İlin bu fəslində Xocalıdan Xankəndiyə, rayonun kəndlərinə gedən yolların kənarları ürəkaçan mənzərələri, güllərin, çiçəklərin əlvan xalı kimi sərildiyi yaşıl çəmənləri, bir sözlə, gözəllikləri ilə göz oxşayır. Baxan bir də baxmaq, gəlib görən həmişəlik elə burada qalmaq, gedən yenə qayıtmaq istəyir.

Bir vaxtlar erməni quldurlarının tapdağı altında əzilən, inciyən bu Vətən torpaqlarında indi əsl sahibləri quruculuqla, əkin-biçinlə, heyvandarlıqla məşğul olmağa başlayıb. Hər yerdə insan nəfəsi duyulur, insan əlinin zəhmətinin ilkin bəhrələri görünür.

Budur, Xocalı-Ballıca yolundan bir xeyli aralı qoyun sürüsü ətrafa yayılıb, çomağına söykənmiş çoban da onların şirin-şirin otlamasına baxaraq məmnunluqla gülümsəyir. Yaxınlaşıb salamlaşıram, “bərəkətli olsun!” deyirəm. Söhbətə başlayırıq.

Öyrənirəm ki, Zamiq Nəcəfov Xocalı rayonunun vaxtilə erməni separatçılarına qan uddurmuş qəhrəman Kosalar kəndindəndir. Doğma yurd-yuvasından didərgin düşəndə cəmi 7 yaşı olub. Uzun illər ailəsi ilə birlikdə məcburi köçkün kimi Şəki rayonunda məskunlaşmış Zamiq orada da qoyun-keçi saxlayıb, ailəsinin dolanışığını heyvandarlıqdan çıxarıb. Bu yaxınlarda isə Vətən həsrəti bitib, arzuları gerçəkliyə çevrilib. Böyük Qayıdış çərçivəsində Ballıca kəndinə köçən Zamiq indi halal zəhməti ilə təsərrüfatını daha da böyütməyin xəyallarını qurur. Deyir, hamımız ürəklə, fəxrlə işləməliyik, çalışmalıyıq. Çünki bu torpaqlar neçə-neçə qəhrəman şəhidlərimizin canı-qanı bahasına alınıb:

– Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, ordumuzu qorusun! Bugünkü xoşbəxtliyi, sevinci, qüruru bizə bəxş edən Prezidentimizlə fəxr edirik, gecə-gündüz ona duaçıyıq! Xocalı rayonunun Ballıca kəndində üçotaqlı evlə təmin olunmuşam. Böyük həyətim, həyətimdə heyvanları saxlamaq üçün tövləm, kəndin ətrafında geniş otlaqlar var. Bundan artıq nə lazımdır ki? Qalır indi özümüzün zəhmətə qatlaşaraq işləməyimiz.

Xocalıdan olan fermer qoyunlarının, keçilərinin sayı haqqında gülərək “dolanmağımız üçün də, dosta-tanışa kəsməyimiz üçün də bəs edəcək qədərdi” deyir. Hə, bir də deyir ki, bu işlə məşğul olan adamın ürəyində gərək heyvanlara qarşı sevgi olsun, təsərrüfatına sahiblik etdiyi qədər də sürüsünə çobanlıq etməyi bacarsın.

Zamiq gələcək planlarından da danışır:

– Qoyunların sortunu yeniləməyi düşünürəm. İstəyirəm hamısını Qarabağ sortuna dəyişim. Çünki bu sort hər baxımdan sərfəlidir. Bir də, inşallah, təsərrüfatı böyüdəcəyəm. Bunun üçün burada hər şərait var. Ot da boldur, çox şükür, yağış yağdı, örüşlər daha da yaşıllaşdı.

Həmsöhbətimlə işlərinin avand olması diləyi ilə sağollaşmaq istəyirəm. Sağ olsun, “qalın, qonağım olun, bir heyvan kəsim sizə” deyir. Duyğulanaraq təşəkkür edirəm. İşin avand, qurdun ağzı bağlı olsun, çoban qardaş. Yolçu yolda gərək!..

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see345

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see324

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see305

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see300

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see270

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see266

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see255

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see248

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see207

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see205

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see192

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri