Icma.az
close
up
RU
Azad ediliş ərazilərdə dəmir yolu şəbəkəsi qurulur RƏSMİ

Azad ediliş ərazilərdə dəmir yolu şəbəkəsi qurulur RƏSMİ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

.“Azərbaycan Dəmir Yolları” QSC işğaldan azad edilmiş ərazilərdə dəmiryol infrastrukturunun yenidən qurulması istiqamətində bir sıra mühüm layihələr həyata keçirir. Onlardan ən irisi Horadiz-Ağbənd dəmir yolu xəttinin inşasıdır. Hazırda bu xətt üzrə tikinti işləri sürətlə davam etdirilir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, ümumi uzunluğu 110,4 km (yan yollarla birlikdə 140,6 km) olan Horadiz-Ağbənd dəmir yolu xətti boyunca 8 yeni stansiyanın - Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulub.

Horadiz-Ağbənd layihələndirmə işlərinin 85%-i, tikinti-quraşdırma işlərinin isə 68%-i tamamlanıb. Hazırda xəttin 75-106 km-lik hissəsində torpaq işləri və mühəndis qurğularının tikintisi davam etdirilir. Tikinti-quraşdırma prosesi üç mərhələdə həyata keçirilir. Artıq 1 tunelin və 1 qalereyanın inşası yekunlaşmaq üzrədir, eyni zamanda 1 körpü və 3 tunelin tikintisi davam edir.

Horadiz-Ağbənd xətti boyunca 600-ə yaxın süni mühəndis qurğusunun, yəni körpülərin, keçidlərin və tunellər inşa olunur. Onlardan biri uzunluğu 771 metr və 20 aşırıma malik olmaqla bu günə qədər ölkəmizdə tikilmiş ən uzun dəmir yolu körpüsüdür. Ümumilikdə 40 körpü inşa olunur.

Layihə çərçivəsində dəmir yolunun üçüncü mərhələsi üzrə 3, ümumilikdə isə 4 tunel tikilir. Onlardan biri uzunluğu 677 metr olan tunel Azərbaycanın müstəqillik dövründə qapalı üsulla inşa edilən ilk dəmir yolu tunelidir. Digər tunel isə 1071 metr uzunluqla ölkəmizin ən uzun dəmir yolu tunelidir. Hər iki tunelin tikintisində müasir texnologiyalar və beynəlxalq standartlar tətbiq olunur.

ADY-dən verilən məlumata görə, işlər başa çatdıqdan sonra Horadiz-Ağbənd xəttinin illik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.

Layihənin I mərhələsi (0-30 km) üzrə Horadiz, Yuxarı Mərcanlı və Şükürbəyli stansiyalarını əhatə edən hissədə tikinti-quraşdırma işlərinin 89%-i tamamlanıb, 13 körpü və 62 müxtəlif təyinatlı keçid inşa edilib.

II mərhələdə (30-85 km) Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edən hissədə işlərin 80%-i yekunlaşıb. Bu mərhələdə 22 körpü, 5 yolötürücü və üst keçid, 5 alt keçid tikilib, 1 tunel və 1 qalereyanın tikintisi başa çatmaq üzrədir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin III mərhələsi üzrə xəttin Mincivan, Bartaz və Ağbənd dəmir yolu stansiyaları da daxil olmaqla 85-110 km hissəsi üzrə işlərin 44%-i  başa çatıb, 4 körpü tikilib, 1 körpünün və 3 tunelin inşası davam etdirilir.

Bu istiqamətdə yük əməliyyatlarının daha səmərəli həyata keçirilməsi üçün Osmanlı-İmişli xəttinin də yenidən qurulması nəzərdə tutulur.

Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi isə başa çatıb və yol istismara verilib. Bu ilin 30 avqustunda 32 ildən sonra ilk dəfə Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımaları bərpa olunub. Artıq Bakıdan Ağdama və əks istiqamətdə sərnişinlər müasir qatarlarla səyahət edə bilirlər. Bu xətt boyunca Bərdə, Köçərli stansiyaları və Təzəkənd dayanacaqları da sərnişinlərin xidmətindədir. Mayın 10-da cənab Prezidentin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub.

Həmçinin Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olaraq uzunluğu 28 km olan Ağdam-Xankəndi dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlanılıb. Layihə çərçivəsində 3 stansiyanın (Əsgəran, Xocalı, Xankəndi), 121 mühəndis qurğusunun inşası nəzərdə tutulur.

Artıq dəmir yolu xəttinin layihələndirilməsi, eyni zamanda, 4 ədəd körpü, 5 ədəd yolötürücü, 3 ədəd piyada keçidi, 4 ədəd suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Hazırda mühəndisi qurğular üzrə layihələndirmə işləri davam edir, həmçinin Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır. İyulda cənab Prezident tərəfindən təməli qoyulan Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:304
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri