Azad edilmiş ərazilər üzrə idxal üçün sənəd icazələr siyahısına daxil edilir
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilir.
Bu Qanun işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 18 Mart 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















