Icma.az
close
up
RU
Azad mətbuatın peşəkar tribunası

Azad mətbuatın peşəkar tribunası

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Müsahibimiz “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir

– Vüqar müəllim, Azərbaycan mətbuatında özünəməxsus yeri olan, ictimai-siyasi, mədəni hadisələri peşəkar jurnalistika prinsipləri əsasında işıqlandıran “İki sahil” qəzetinin 35 yaşı tamam olur. Bu inkişaf yolu redaksiyanıza nələr qazandırıb?

– 1991-ci il iyulun 10-da ilk sayı işıq üzü görən “İki sahil”in 35 yaşı bu mətbu nəşrin keçdiyi şərəfli yolun güzgüsüdür . Bu illər ərzində uğurlarımız da oldu, çətinliklərimiz də. Təbii ki, hər bir işin başlanğıcında çətinliklər, problemlər olur. Ötən illərə nəzər salsaq, görərik ki, “İki sahil”in dünəni bugünümüz üçün bir tarix olmaqla yanaşı, həm də keçdiyimiz yol Azərbaycanının yaşadığı çətinliklərin və onlara sinə gərərək bugünkü səviyyəyə gəlib çatmasının təqdimatıdır.

“İki sahil”in tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür və hətta bu illərə bələdçilik edir. Qürur hissi ilə deyə bilərik ki, “İki sahil” yarandığı gündən tutduğu yola, əqidəsinə sadiqlik nümayiş etdirərək hər dövrün çağırışını yüksək səviyyədə yerinə yetirməklə çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yeri, dəst-xətti ilə seçilib.

Mövqeyimiz aydın, hədəfimiz bəllidir: müstəqil Azərbaycanımızı hər zaman zirvələrdə görmək, keçdiyi inkişaf yolunun təbliğində fəal iştirak etmək, mətbuatın təməl prinsiplərinə söykənərək jurnalist peşəkarlığının, məsuliyyətinin qorunması fonunda hər zaman xalqımızın, dövlətimizin uğurlarının, zəfərlərinin müjdəçisi olmaq. Beş ildən artıqdır ki, bayramları, əlamətdar günləri, “İki sahil”çilər olaraq ad günümüzü tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı sevinc, qürur hissi ilə qeyd edirik.

Qəzetimizin hansı sayına nəzər salsaq, azad Qarabağımızın, Şərqi Zəngəzurumuzun dirçəlişinin, Böyük Qayıdış Proqramının uğurlu icrasının, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qovuşması xəbərlərini görərik. Bütün bunlara görə ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq, ərazi bütövlüyümüzün, suverenlyimizin bərpası uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Möhtəşəm Qarabağ Zəfəri, suverenliyimizin tam bərpası bütün sahələrdə olduğu kimi, mətbuatda da yeniliklərə yol açdı, dövrün, zamanın tələblərinə uyğun yeni qanunların qəbulunu zərurətə çevirdi. Prezident İlham Əliyev in imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmana uyğun olaraq Medianın İnkişafı Agentliyi yaradıldı, “Media haqqında" yeni Qanun qəbul olundu.

Bütün bunlar böyük uğurlara, nailiyyətlərə vəsilə oldu. Təbii ki, “İki sahil” də bu tərəqqidən geridə qalmadı, irəliyə doğru inamla addımladı. Ötən 35 ildə dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsinə töhfələr vermək, müasir müstəqil, qalib, bütövləşən və hazırda yeni dövrə qədəm qoyan Azərbaycanın hər bir uğurunun fəal təbliğatçısı olmaq fəaliyyətimizin əsas prinsipi oldu.

Məqsədimizə hansı səviyyədə nail olduğumuzu keçdiyimiz 35 illik şərəfli yol, həmçinin bu gün “İki sahil”in öz ətrafında topladığı oxucu auditoriyasının genişliyi təsdiq edir. Bir sözlə, 35 il bundan əvvəl hansı məqsəd və məramla yola çıxmışdıqsa, bu gün də eyni niyyət və amalla yolumuza davam edirik.

– 1991-ci ilin iyulunda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. Belə bir ağır şəraitdə müstəqil qəzet təsis edib nəşrinə nail olmaq böyük cəsarət tələb edirdi. Bu barədə fikirləriniz maraqlıdır.

– Bəli, o illərdə ümumiyyətlə, müstəqil mətbuatın yaranmasından, fəaliyyətindən danışmaq çox çətin idi. Belə bir zamanda bütün maneələri dəf edərək “İki sahil”i yarada bildik. İlk günlərdən qəzetin adı çoxsaylı suallara, bizim üçün ciddi problemlər yaradan etirazlara səbəb oldu. Lakin bütün çətinliklərə baxmayaraq, qəzetimiz “İki sahil” olaraq həyata vəsiqə aldı. Beləcə, bu çətin yolda ilk addımlarını atan “İki sahil” illəri bir-birinə calayaraq 35 yaşına çatdı.

“İki sahil” “Vahid Azərbaycan uğrunda!” amalı ilə yola çıxdı. İlk sayından başlayaraq ölkədə baş verən ictimai-siyasi prosesləri obyektiv şəkildə işıqlandırmaqla cəmiyyətin bütün təbəqələrindən olan insanların tribunasına çevrildi. Ölkədə xaosun, anarxiyanın, hərc-mərcliyin, hakimiyyətsizliyin, özbaşınalıqların hökm sürdüyü bir zamanda yaranan “İki sahil” mətbuatın əsas missiyası olan cəmiyyətin güzgüsü rolunu oynamaq funksiyasını yüksək səviyyədə yerinə yetirdi və bu gün də əqidəsinə, tutduğu yola sadiqliyi ilə bu missiyasını davam etdirir.

Təbii ki, gündəlik maraqlı, aktual yazılarla oxucuların görüşünə gəlmək, mövzu rəngarəngliyini qorumaq böyük məsuliyyət tələb edir, eyni zamanda, şərəfli missiyadır. “İki sahil” yarandığı gündən bu qüruru yaşadı və bu gün də yaşayır. Cəmiyyətin informasiya tələbatını dolğun şəkildə ödəyən 35 yaşlı bu mətbu orqanı oxucu sevgisindən, etimadından ruhlandı, Azərbaycanın günbəgün vüsət alan inkişafından fərəhləndi, daim irəliyə baxmağa can atan müstəqil dövlətimizin qətiyyətindən qürur duydu.

1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan qısa müddətdə Ümummilli liderimizin dediyi kimi dünyaya Günəş kimi doğdu. Azərbaycanın addım-addım qazandığı uğurların bələdçisi olan “İki sahil” 1993-cü ildən başlayaraq Azərbaycanın qazandığı uğurlar fonunda inamlı addımları ilə çoxsaylı mətbu orqanlar arasında yerini daha da möhkəmləndirdi.

– “İki sahil” təsisçisi olan SOCAR-ın ölkə iqtisadiyyatına verdiyi töhfələrin, beynəlxalq uğurların və sosial layihələrin təbliğində hansı prinsipləri əsas götürür?

– “İki sahil” yalnız təsisçi olaraq deyil, ölkə iqtisadiyyatına davamlı töhfələr verən qurum kimi SOCAR-ın fəaliyyətinin ardıcıl təbliğatçısıdır. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin uğurları dünyanın diqqət mərkəzindədir. Xalqımızın sahib olduğu təbii resurslardan səmərəli istifadə respublikamızın iqtisadi və maliyyə imkanlarını genişləndirib. Əgər biz tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərindən, infrastruktur layihələrinin uğurlu icrasından, Qarabağın tezliklə cənnət məkana çevriləcəyindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından bəhs ediriksə, bu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək bugünümüz üçün möhkəm iqtisadi baza yaratmasına əsaslanır.

Artıq transmilli şirkətə çevrilən SOCAR dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarını uğurla yerinə yetirərək dünyanın modern şirkətləri ilə bir sırada dayanır, həyata keçirdiyi genişmiqyaslı layihələri ilə Azərbaycanın nəinki investisiya cəlb edən, eyni zamanda, investisiya yatıran ölkə imicinə əlavələr edir. “Bu gün SOCAR təkcə ölkə deyil, dünya iqtisadiyyatında böyük təsir gücünə malik olan nəhəng və modern bir quruma çevrilib. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir. İki sahil” SOCAR-ın, onun ayrı-ayrı strukturlarının hər birinin fəaliyyətini yüksək səviyyədə işıqlandırır.

– Cəmiyyətin aparıcı qüvvəsi kimi Yeni Azərbaycan Partiyasının fəaliyyəti, həyata keçirdiyi layihələrin oxuculara çatdırılması istiqamətində qəzetin rolunu necə dəyərləndirirsiniz?

– Bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın çətin günlərində Yeni Azərbaycan Partiyasının yaradılmasına zərurətdən irəli gələn 91 nəfər ziyalının, ümumilikdə, xalqın istəyini özündə ehtiva edən müraciəti “İki sahil”də dərc olundu, oxuculara çatdırıldı. Həmin dövrün reallıqları hər kəsə məlumdur. O çətin illərdə Heydər Əliyev ideyalarının təbliğində ön sıralarda addımlayan “İki sahil” üzərinə düşən məsuliyyəti uğurla yerinə yetirdi. Ölkədə anarxiyanın, xaosun, özbaşınalığın tüğyan etdiyi dövrdə ümummilli lider Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini imzalayan “91-lər”dən biri kimi bütün təzyiqlərdən, çətinliklərdən qorxub-çəkinmədən rəhbərlik etdiyim qəzetin səhifələrində Azərbaycanı düşdüyü ağır durumdan çıxara biləcək yeganə şəxsiyyətin Ulu öndər olduğunu xüsusi qeyd etdik. Əgər Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan dövlətinin mövcudluğundan söhbət gedə bilməzdi.

1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyası yaradıldı, Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Partiyanın yaranmasından 7 ay sonra dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövləti ilə yanaşı, Yeni Azərbaycan Partiyasının həyatında da yeni dövrün başlanğıcı oldu. Ümummilli lider Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan vəziyyəti təhlil edərkən həqiqətlərin təbliğində “İki sahil” qəzetinin rolunu xüsusilə yüksək qiymətləndirməsi və bunu “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm” fikirləri ilə ifadə etməsi 35 il yol qət etmiş “İki sahil” qəzetinin hər bir əməkdaşının daha səylə, məsuliyyət hissi ilə fəaliyyət göstərməsində əhəmiyyətli rol oynadı, fəaliyyətimizin yol xəritəsi kimi qəbul edildi.

Azərbaycanın müstəqilliyini daimi, sarsılmaz edib gələcəyimizin inam ünvanını göstərən dahi şəxsiyyətin xeyir-duasını eşitmək, böyük etimadını qazanmaq bu gün də bizim üçün böyük şərəf, fəaliyyətimizə güc verən möhtəşəm stimuldur.

“İki sahil” ölkəmizin aparıcı siyasi təşkilatı olan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının Azərbaycanın bu günü və gələcəyi ilə bağlı bütün təşəbbüslərini, qərarlarını, partiyanın həyatında əhəmiyyətli rol oynayan qurultaylarını, şəhər və rayon təşkilatlarının fəaliyyətini, keçirdikləri silsilə tədbirləri geniş şəkildə işıqlandırır. Qəzetimiz Yeni Azərbaycan Partiyasının dünənin, bugünün və gələcəyin partiyası olduğunu, tarixin sınaqlarından şərəflə çıxaraq cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini, YAP-a xidmət etməyin xalqa, dövlətə xidmət etmək olduğunu əsaslı şəkildə analitik yazılar, partiyanın yarandığı dövrün şahidlərinin vasitəsilə indiki və gələcək nəsillərə çatdırılmasında ardıcıl fəaliyyət göstərir. 2021-ci il martın 5-də tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev bu çağırışı etdi ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.

“İki sahil” hər zaman Azərbaycanın bugününün, dünəninin və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının, bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın daha da qüdrətlənməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması naminə həyata keçirdiyi təkmil, müasir dövrün çağırışlarını özündə ehtiva edən siyasətin yorulmaz təbliğatçısıdır.

– Rəqəmsal medianın sürətlə inkişaf etdiyi bir dövrdə rəhbərlik etdiyiniz kollektivdə gənc jurnalistlərin yetişdirilməsi istiqamətində hansı ənənələr formalaşıb?

– “İki sahil” hər zaman gənc nəslin bilik və bacarıqlarından, imkanlarından səmərəli istifadə edir. 35 ildə qazandığımız uğurları şərtləndirən amillərdən biri, təbii ki, gənc nəslə geniş imkanların yaradılmasıdır. Hazırkı dövrün əsas çağırışlarından birinin yeni texnologiyaların tətbiqi və inkişaf olduğunu nəzərə alsaq gənc nəslin bu sahədə imkanlarından istifadəyə böyük zərurət duyulur. “İki sahil” yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin qorunmasına xüsusi diqqət göstərir. Bu isə öz növbəsində yazıların rəngarəngliyinə, zənginliyinə, jurnalistlərin peşəkarlığına öz müsbət təsirini göstərir.

– “İki sahil” qəzeti də dövlətin diqqət və qayğısından kənarda qalmır. Bu barədə nə deyə bilərsiniz?

– Bircə faktı qeyd etmək kifayətdir ki, bir qrup əməkdaşımız ayrı-ayrı vaxtlarda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlar və medallarla təltif olunub. Əməkdaşlarımızın əməyinə verilən bu yüksək qiymət, ümumilikdə, qəzetimizə verilən dəyərdir. Bu diqqət, qayğı məsuliyyətimizi daha da artırır. Əminliklə deyə bilərik ki, “İki sahil” növbəti yaşını da Azərbaycanımızın qürurverici uğurları, zəfərləri fonunda böyük ruh yüksəkliyi, xoş ovqatla qeyd edəcək, qazandığı uğurlardan fəxrlə bəhs edəcək. Azərbaycanın müstəqillik tarixinin bələdçilərindən olan “İki sahil” bundan sonra da maraqlı yazıları ilə oxucularını sevindirəcək.

– Vüqar müəllim, “İki sahil” qəzetinin yaradılmasının 35 illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi- qəlbdən təbrik edirik. Yolunuz açıq, uğurlarınız bol olsun.

Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see433

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see283

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see272

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see268

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see267

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see253

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see252

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see248

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see247

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see244

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see243

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see234

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see234

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see234

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see233

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see227

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see226

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see218

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see218

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri