Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4 ü də tikiləcək
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun bərpası istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Son olaraq Xocavənd rayonunda təcili tibbi yardım bölməsi istifadəyə verilib. Bu addım azad edilmiş ərazilərdə əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində görülən işlərin növbəti mərhələsi kimi qiymətləndirilir.
Modern.az işğaldan azad edilmiş rayonlarda hazırda fəaliyyət göstərən tibb müəssisələrinin sayı, onların rayonlar üzrə bölgüsü, yeni səhiyyə obyektlərinin yaradılması və mövcud infrastrukturun genişləndirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərib.
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, Şuşa şəhərində 90 çarpayılıq Şuşa Müalicə Sağlamlıq Mərkəzinin layihəsi üzrə işlər tamamlanıb və burada ambulator tibbi xidmət təşkil edilib.
Hazırda Füzuli şəhərində 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayıl şəhərində 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının və Ağdam şəhərində 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının inşası davam etdirilir.
Bununla yanaşı, Laçın şəhərində 150 çarpayılıq, Kəlbəcər şəhərində 160 çarpayılıq, Qubadlı şəhərində 91 çarpayılıq və Zəngilan şəhərində 91 çarpayılıq rayon mərkəzi xəstəxanalarının tikintisi planlaşdırılır. Hazırda həmin tibb müəssisələri üzrə layihə-smeta sənədləri hazırlanır.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 23 Sentyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















