Icma.az
close
up
RU
Azad olunmuş ərazilərdə bələdiyyələr yaradılmalıdır Ekspertdən TƏKLİF

Azad olunmuş ərazilərdə bələdiyyələr yaradılmalıdır Ekspertdən TƏKLİF

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirib ki, Qarabağda dövlət tərəfindən tikilib, hər şeyi hazır vəziyyətdə verilən evlər bir az yataqxana kompleksini xatırladır. Onun sözlərinə görə, bəzən insanlar orada özlərini qonaq kimi hiss edir, qonşuluq münasibətləri formalaşmır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qed etdi ki, işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinə start veriləndə, hökumət də onların da fikrini öyrənmək istəyib və bununla bağlı onlar da təkliflər veriblər:

"Bizim fikrimiz o idi ki, orada yaşamış insanların bir çoxu sağdır və onlar mütləq dinlənilməlidir. Onlarla müzakirələr aparılmalıdır ki, kim öz evini, yaşayış kəndini və ya qəsəbəsini hansı formada bərpa etmək istəyir. Bu çox vacibdir. Həmin insanlar hansı fəaliyyətlə məşğul olmağın mümkün olduğunu, nə əkib-becərməyin səmərəli olduğunu, hansı məhsulların emal edilə biləcəyini və hansı bazarlara çıxarıla biləcəyini daha yaxşı bilirlər. Yəni məşğulluğun təmin olunması baxımından bu məsələ olduqca əhəmiyyətlidir. Razi Nurullayev bildirib ki, dövlət tikinti işlərini tam şəkildə öz üzərinə götürməməlidir. Biz görürük ki, orada tikilən evlər çox baha başa gəlir...

Əgər hökumət nümayəndələri qarabağlıları daha diqqətlə dinləsəydilər, hər bir ailə öz evinin layihəsini təqdim edə bilərdi. Həmin layihəyə əsasən tələb olunan vəsait hesablanardı və dövlət bu vəsaiti mərhələli şəkildə ödəyərdi. Qısa müddətdə biz bütün qarabağlıların öz vətənlərinə qayıtdığını görə bilərdik. Bu müddət ərzində onlar artıq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul ola bilərdilər. Həmin məhsulların emalı ilə bağlı da ərazidə müəssisələr açıla bilərdi. Yəni bu proses əhalinin iştirakı ilə həyata keçirilərdi və bu çox vacibdir. Hazırda hökumət tikinti işlərini öz üzərinə götürüb, evlər tikilir və insanlar ora köçürülür. Lakin bəzən həmin yaşayış yerləri onların zövqünə uyğun olmur, iş yerləri tapılmır və nəticədə bəzi insanlar darıxaraq yenidən şəhərə qayıtmaq istəyirlər".

Müsahibimiz hesab edir ki, hökumət tikinti işlərini tam şəkildə öz üzərinə götürməməlidir:

"Daha məqsədəuyğun olardı ki, hökumət nəzarət funksiyasını həyata keçirsin. Ayrılmış vəsaitin necə xərcləndiyini və tikililərin keyfiyyətinin standartlara uyğun olub-olmadığını yoxlasın. Bu çox vacibdir. Mən hesab edirəm ki, hökumət tikinti işlərini bu formada davam etdirmək əvəzinə qarabağlılarla geniş məsləhətləşmələr aparmalıdır. Onların bir çoxu, əminəm ki, öz dədə-baba yurdlarında evlərini özləri tikmək və əvvəllər məşğul olduqları istehsal sahələrini birgə şəkildə bərpa etmək istəyər. Məsələn, həmin ərazilərdə bələdiyyələr yaradıla bilərdi və onlara müəyyən vəsait ayrılardı. Bələdiyyələr də bölgədə hansı emal sənayesi müəssisəsinə ehtiyac olduğunu müəyyənləşdirərək onun yaradılmasını təşkil edə bilərdi. Bu formada yanaşma daha səmərəli olardı. Əhalinin özü də bu prosesdə iştirakçı kimi fəaliyyət göstərərdi. Belə olduqda məsuliyyət də kəndlilərin və qəsəbə sakinlərinin üzərinə düşərdi və bu, ümumi işin keyfiyyətinə müsbət təsir göstərərdi".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri