Azad olunmuş ərazilərdə minaaxtaran Fondun maliyyə qurumu ötən ili mənfəətlə yekunlaşdırdı
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən təsis edilən “Avrasiya-Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ötən ili mənfəətlə başa vurub. “PostMedia” xəbər verir ki, BOKT-un 2024-cü ildə 699 min manat xalis mənfəətlə başa vurub, bu əvvəlki illə müqayisədə 32,6 % artım deməkdir.
2024-cü ildə adıçəkilən BOKT-un aktivləri 467 200 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 6,5 % çoxdur.
Eyni zamanda qeyd edək ötən BOKT-un kredit portfeli 6,2 % böyüyərək 435 400 min manata çatıb ki, bu da ümumi portfelin 93,2%-i deməkdir.
Ötən il “Avrasiya-Kredit”in vergiyəqədərki mənfəəti 873 min manat (əvvəlki ilə nisbətən 32,5 % çox), mənfəət vergisi ödəmələri isə 175 min manat (32,6 % çox) təşkil edib.
2024-cü ildə BOKT-un öhdəlikləri 48 % azalıb, balans kapitalı isə 20% artıb. Nəticədə göstəricilər müvafiq olaraq 447 min manata və 422 500 min manata çatıb.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu azad edilmiş ərazilərdə min axtarılması ilə bağlı bu ilin əvvəlində elan edilən 5,3 milyon manatlıq tenderin qalibi olub.


