Icma.az
close
up
RU
Azad olunmuş ərazilərdə qurulan GES lə karbon emissiyalarını 50% azaltmaq mümkün olacaq

Azad olunmuş ərazilərdə qurulan GES lə karbon emissiyalarını 50% azaltmaq mümkün olacaq

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Şəfəq" Günəş Elektrik Stansiyası azad olunmuş ərazilərdə qurulan 240 MVt-lıq stansiyadır. Layihənin üstünlüyü ondan ibarətdir ki, bu, virtual elektrik stansiyasıdır. Yəni azad edilmiş ərazilərdə 240 MVt Günəş enerjisi istehsal edib milli şəbəkəyə ötürəcək və eyni zamanda, həmin miqdarda enerjini milli şəbəkədən alaraq Azərbaycandakı neft-qaz emalı obyektlərinin elektrikləşdirilməsinə yönəldəcəyik".

Oxu.Az xəbər verir ki, bunu bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

bp rəsmisi qeyd edib ki, bu onun üçün enerji keçidinin ən uğurlu nümunəsidir:

"Çünki uzun illər neft-qaz ənənəsi olan bir ölkədə 30 illik təcrübəyə malik beynəlxalq enerji şirkəti neft-qaz gəlirlərinin bir hissəsini Günəş enerjisinə yönəldir, həmin Günəş enerjisi isə neft-qaz emalı müəssisələrinin elektrikləşdirilməsində istifadə olunur. Nəticədə karbon emissiyalarını 50% azaltmaq mümkündür. Bu, enerji keçidinin ideal nümunəsidir.

Bu təkcə bir layihə ilə məhdudlaşmır. Biz, həmçinin "Şəfəq" platformasının elektrikləşdirilməsi layihəsini həyata keçiririk. Burada "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarının birləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, "Şəfəq" kompressor layihəsi çərçivəsində platformanın sahil ilə birləşdirilməsi də planlaşdırılır ki, bu da aşağıtəzyiqli yataqlardan daha çox qaz hasilatına imkan yaradacaq".

B.Aslanbəyli vurğulayıb ki, əməkdaşlığın və investisiya münasibətlərinin gələcəyi yalnız mövcud əməliyyatların davamı ilə məhdudlaşmır:

"Eyni zamanda, yeni enerji mənbələrinə əsaslanan, innovativ yanaşmalar və fərqli vizyon üzərində qurulan yeni üfüqlərə açılır. Bütün bunlar ölkə ilə, hökumətlə və SOCAR kimi tərəfdaşlarla formalaşmış strateji münasibətlərə əsaslanır. Azərbaycanın investisiya mühitini fərqləndirən başqa bir mühüm amil də var: artıq 31 ildir ki, hasilatın pay bölgüsü sazişlərinin şərtləri heç vaxt agentliyin razılığı olmadan dəyişdirilməyib. 1994 və 1996-cı illərdə imzalanmış müqavilələrdəki bütün öhdəliklər bu gün də tam yerinə yetirilir. Bu isə istənilən investor üçün əsl arzuolunan mühitdir".

"Məhz bu tərəfdaşlıq münasibətləri fonunda biz Azərbaycandakı fəaliyyətimizi yalnız ənənəvi neft-qaz sahəsində deyil, həm də bərpaolunan enerji və enerji keçidi sahələrində uğurla davam etdirməyi planlaşdırırıq", - deyə B.Aslanbəyli əlavə edib.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri