Azad olunmuş torpaqları yaşıllaşdıraq aksiyaları davam edir
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Yaşıl Qarabağ" İB "Azad olunmuş torpaqları yaşıllaşdıraq" layihəsi çərçivəsində aksiyalar keçirir. Adından göründüyü kimi məqsəd erməni vandalları tərəfindən məhv edilmiş ekoloji durumu bərpa etməkdir.
Bunu Sherg.az-a İB-in sədri Etibar Hüseynov bildirib.

O əlavə olaraq qeyd edib ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə həyata keçirilir.
"Artıq Ağdam, Zəngilan, Qubadlı və Cəbrayılda başladığımız işlər tamamlanmaq üzrədi. Bu ərazilərdə yerli şəraitə uyğun olan 500-dən artıq müxtəlif növ ağac və tinglər əkmişik. Təxminən bir o qədər də ötən il əkmişdik. Ümidvaram ki, gələn il bu rəqəmlər daha çox olacaqdır. Çünki ilbəil təcrübəmiz daha da artır, sıralarımız daha da genişlənir. Fürsətdən istifadə edib bu işdə zəhməti olan hər kəsə təşəkkürümü çatdırmaq istəyirəm. İnşallah bir yerdə Qarabağımızın əvvəlki cənnət görkəmini bərpa edəcəyik.
Biz birlikdə güclüyük".

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Oktyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















