Icma.az
close
up
RU
Azad rəqabəti gücləndirəcək yeni strategiya

Azad rəqabəti gücləndirəcək yeni strategiya

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Milli Fəaliyyət Planı inhisarçılığı aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, həmçinin digər prioritetləri əks etdirir

Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Sənəd qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi şəraitdə biznes və investisiya imkanlarının genişləndirilməsi, eləcə də milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi prioritetləri nəzərə alınmaqla hazırlanıb. Milli Fəaliyyət Planı iqtisadiyyatda sağlam rəqabət prinsiplərinin təşviqinə, bazar münasibətlərinin səmərəliliyinin yüksəldilməsinə, eləcə də bu sahədə mövcud institusional və təşkilati çərçivənin təkmilləşdirilməsinə yönəlib və ayrı-ayrı məhsul bazarlarında rəqabət mühitinin öyrənilməsi, tənzimləmə alətlərinin təkmilləşdirilməsi, aidiyyəti dövlət orqanları arasında səmərəli əlaqələndirmənin təmin olunması və müvafiq institusional potensialın artırılması əsas istiqamətlər kimi müəyyən edilib.

Dünya ölkələrinin rəqəmsal bazar platformalarına keçid

Müasir dövrdə rəqabət siyasəti dayanıqlı iqtisadi artımın, sahibkarlıq və investisiya fəallığının, innovasiyaların və məhsuldarlığın artırılmasının mühüm vasitələrindən birinə çevrilib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, o cümlədən Avropa İttifaqına, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına və Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin, habelə Ümumdünya Ticarət Təşkilatı və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı kimi beynəlxalq təşkilatların əlverişli rəqabət mühitinin formalaşdırılması sahəsində təcrübəsi xüsusi aktuallıq daşıyır. Həmin dövlətlərdə tətbiq edilən müasir yanaşmalar mövcud və yeni tənzimləmələrin bazar iştirakçılarının sayına, fəaliyyət imkanlarına, rəqabət motivasiyasına və istehlakçı seçiminə təsirinin sistemli təhlilini nəzərdə tutur. Aİ, ABŞ və Böyük Britaniyanın təcrübəsində rəqəmsal platformaların fəaliyyəti, məlumatlara çıxış, qiymətqoyma alqoritmləri və süni intellektin bazar rəqabətinə təsiri xüsusi diqqət mərkəzindədir. Aİ-nin “Rəqəmsal Bazarlar Aktı” əsas rəqəmsal platformalar üçün konkret tələblər müəyyən etməklə bazar iştirakçıları üçün bərabər fəaliyyət imkanlarının yaradılmasına və innovativ şirkətlərin bazara çıxışının asanlaşdırılmasına yönəldilib. Yaxın region ölkələrindən Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistanda məhsul bazarlarının diaqnostikası, iqtisadi təmərküzləşmələrin və dövlət satınalmalarında rəqabət səviyyəsinin qiymətləndirilməsi, eləcə də rəqabət orqanlarının analitik potensialının artırılması istiqamətində tədbirlər həyata keçirilir.

Satınalma proseslərinin rəqəmsallaşdırılması

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın iştirakı ilə yaradılmış Türk Dövlətləri Rəqabət Şurası isə üzv ölkələrin rəqabət orqanları arasında məlumat və təcrübə mübadiləsinə, institusional əlaqələrin inkişafına və birgə təşəbbüslərin həyata keçirilməsinə xidmət edən regional əməkdaşlıq platformasıdır. Beləliklə, qabaqlayıcı qiymətləndirmə, rəqəmsal bazarların tənzimlənməsi, süni intellekt və məlumat əsaslı təhlil, dövlət satınalmalarında rəqabətin təşviqi, yaşıl iqtisadiyyata keçid və regional əməkdaşlıq müasir rəqabət siyasətinin əsas qlobal istiqamətlərini təşkil edir.  2003-cü ildən başlayaraq rəqabət siyasəti iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması prioritetlərinə uyğun olaraq yeni mərhələyə keçib ki, bu da rəqabət mühitinin institusionallığı üçün mühüm əhəmiyyət kəsb edir.

Müasir iqtisadi mərhələdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədlərindən irəli gələrək rəqabətqabiliyyətli iqtisadiyyatın və əlverişli biznes mühitinin inkişafı üçün strateji çərçivə yaradılıb. Rəqabət siyasətinin hüquqi bazasının müasirləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi  “Dövlət satınalmaları haqqında” qanunun qəbulu dövlət vəsaitlərindən səmərəli istifadə, satınalma proseslərinin rəqəmsallaşdırılması, şəffaflığın və sahibkarların iştirak imkanlarının artırılması üçün yeni imkanlar yaranıb.

Bir neçə il əvvəl qəbul edilən Rəqabət Məcəlləsi isə sağlam rəqabət prinsiplərinin qorunması, müvafiq məhsul bazarlarının müəyyənləşdirilməsi, sazişlərin və iqtisadi təmərküzləşmələrin rəqabətə təsirinin qiymətləndirilməsi, təbii inhisar sahələrinin tənzimlənməsi və rəqabət qanunvericiliyinə əməl olunmasına nəzarət üzrə müasir hüquqi çərçivə formalaşdırıb. Nəticədə rəqabət siyasətinin institusional əsasları gücləndirilib, bu sahədə dövlət siyasətinin və tənzimləmənin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, məhsul bazarlarının sistemli təhlili və müasir nəzarət vasitələrinin tətbiqi üçün müvafiq idarəetmə çərçivəsi formalaşdırılıb.

Dövlət-özəl sektor əməkdaşlığı genişləndiriləcək

Rəqabət siyasətinin inkişafının növbəti mərhələsində rəqabətli neytrallıq prinsiplərinin tətbiqinin genişləndirilməsi, sahibkarların mühüm infrastruktura və resurslara çıxış imkanlarının artırılması, məhsul bazarlarında rəqabət səviyyəsinin müntəzəm qiymətləndirilməsi, dövlət satınalmalarında iştirak dairəsinin genişləndirilməsi, rəqabət mədəniyyətinin təşviqi, eləcə də elmi və məlumat əsaslı təhlil imkanlarının gücləndirilməsi prioritet istiqamətlər kimi çıxış edir. Bu baxımdan yeni təsdiq edilən Milli Fəaliyyət Planı həmin hədəf göstəricilərə çatmaq üçün mühüm prioritetləri özündə əks etdirir. Fəaliyyət Planı çərçivəsində azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkişafını və qlobal çağırışlara hazır olmasını təmin etmək məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçiriləcək. Həmçinin sahibkarlığın inkişafı, bütün bazar iştirakçıları üçün bərabər və əlverişli şəraitin yaradılması, özəl sektorun iqtisadi proseslərdə rolunun artırılması, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi, habelə rəqabət sahəsində elmi-analitik bazanın gücləndirilməsi üzrə tədbirlər nəzərdə tutulub.

Rəqabət vəziyyətini əks etdirən xəritə hazırlanacaq

Fəaliyyət Planına əsasən, bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın təşviqi, rəqabətli bazar modelinə mərhələli keçid, ölkədə rəqabət vəziyyətini əks etdirən xəritənin hazırlanması ilə bağlı yeni təkiflər və icra mexanizmləri hazırlanacaq. Həmçinin bazar iştirakçılarının və istehlakçıların məlumatlılıq səviyyəsinin artırılması məqsədilə elmi tədqiqatların hazırlanması və nəticələrinin rəqabət siyasətində tətbiqi, rəqabət iqtisadiyyatı və rəqabət hüququ üzrə mövzuların ali təhsil proqramlarına inteqrasiyası planlaşdırılır. Rəqabət sahəsində yenilənmiş təhsil proqramlarının tətbiqinə başlanılması və tələbələrin rəqabət sahəsində bilik və səriştələrlə əhatəsinin təmin edilməsi, mövcud elmi və təhsil potensialından səmərəli istifadə Fəaliyyət Planının istiqamətlərindəndir.

Milli Fəaliyyət Planına uyğun olaraq, beynəlxalq təşkilatlar və xarici ölkələrin rəqabət orqanları ilə əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, ölkədə fəaliyyət göstərən sahibkarların rəqabət siyasəti üzrə məsləhətləşmə və əməkdaşlıq proseslərində iştirakının genişləndirilməsi tədbirləri həyata keçiriləcək. Sahibkarlar və onların assosiasiyaları ilə müntəzəm məsləhətləşmələrin keçirilməsi, irəli sürülmüş təkliflərin qiymətləndirilməsi və nəticələr üzrə əks əlaqənin təmin olunması, kommunikasiya tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, qarşılıqlı fəaliyyət qaydasının və icra qrafikinin hazırlanması nəzərdə tutulur.

Milli Fəaliyyət Planında tədbirlərin icrası üçün tələb olunan xərclər dövlət büdcəsində nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi həyata keçiriləcək.

Ümumilikdə, sənədin icrası ölkədə rəqabətli bazar münasibətlərinin inkişafına, sahibkarlıq və investisiya fəallığının yüksəldilməsinə, innovativ biznes təşəbbüslərinin təşviqinə, iqtisadi subyektlərin rəqabətqabiliyyətliliyinin artırılmasına və dayanıqlı iqtisadi artımın dəstəklənməsinə xidmət edəcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri