Icma.az
close
up
RU
Menu

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Azərbaycanda dollara tələbat azalıb

Azad və abad Ağdama yeni nəfəs

Azad və abad Ağdama yeni nəfəs

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ölkə Prezidenti İlham Əliyevin 2021-ci il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 5 il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımızı ucaltmışdır. Son 5 il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonuna səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni açılış mərasimlərində iştirak ediblər.

Otuz ilə yaxın müddətdə bütün sərvətləri talanmış Ağdam, yalnız Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət və tarix baxımından mühüm bir şəhəri olmuşdur. Şəhərin adı belə "kiçik qala" deməkdir. Bu, həm şəhərin müdafiə məqsədli yaradılmasından, həm də onun strateji əhəmiyyətindən xəbər verir. Tarixən çoxsaylı mədəniyyətlərin, xalqların yaşadığı bu ərazidəki arxeoloji tapıntılar, Ağdamın Qafqazda ilk şəhər tipli yaşayış məskəni olduğunu sübut edir. Lakin işğaldan sonra erməni vandallığına məruz qaldığı üçün, 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdır, 2010-cu ildə isə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına salmışdır.

İşğaldan əvvəl rayon ərazisində 3006 hektar meşə sahəsi var idi. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, 44,708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları quldurların əsarəti altına düşmüşdü. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib. Beş il əvvəlin payızı rayona sanki bir bahar havası gətirdi. Nəticə olaraq, viran qoyulan yurda yeni can, yeni nəfəs gəldi. Həmin il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlət başçısının Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırması və haqq işinin zəfər çalması kimi əlamətdar hadisələr, milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur və sevinc hissi oyatdı. Prezidentin həmin səfəri zamanı Ağdamda dediyi sözlər hər kəsdə böyük ümidlər yaratdı: “... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.

Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanıldı. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı, ötən iki il ərzində “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Bundan başqa, dəmir yolu vağzalının tikintisi də nəzərdə tutulur.

Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi bərpa olunub. Həmçinin Ağdamda tamaşaçı tutumu 15 min nəfər olan və şəhərin geniş infrastruktura malik guşəsində yeni stadion inşa edilir.

2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndindəki Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Ağdam mehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak etmiş, həmçinin Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olmuşlar. Habelə, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa işləri aparılmışdır.

Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda 2022-ci ilin oktyabrında Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Ölkəmizdə ilk dəfə məhz Ağdamda keçirilən həmin Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsi baxımından nadir və uğurlu platforma olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü il mayın 2-də Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2 ikinci və üçüncü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onun üçün qəribsəyən və geri dönmək üçün darıxan doğma sakinlərinin yolunu gözləyir. Tikinti-quruculuq işləri isə bir an da ara vermir, yeni sosial obyektlər, yeni abad küçə və prospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər tikilir. Ağdamın gələcəyi parlaqdır. Bu şəhər, yalnız tarixi və mədəni irsini qorumaqla kifayətlənməyəcək, həm də Azərbaycanın inkişaf edən və müasir bir bölgəsinə çevriləcəkdir. Şəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərini qoynuna alacağı və çal-çağırlı günləri uzaqda deyil. Qarabağ və Azərbaycanın digər işğaldan azad olunmuş əraziləri, yeni infrastruktur, müasir yaşayış şəraiti və güclü iqtisadiyyatla dirçəldiləcəkdir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəkdir.

Nuranə Qənbərova,

AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Tarix şöbəsinin əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see485

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see353

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see319

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see296

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see295

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see268

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see267

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see267

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see233

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see197

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see187

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see185

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see183

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see180

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see179

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see178

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see177

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see169

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see165

Azərbaycanda dollara tələbat azalıb

31 İyul 2026 10:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri