Icma.az
close
up
RU
Azad və abad Kəlbəcər: dayanıqlı inkişaf üçün strateji məqsədlər uğurla icra olunur

Azad və abad Kəlbəcər: dayanıqlı inkişaf üçün strateji məqsədlər uğurla icra olunur

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

25 noyabr - Kəlbəcər şəhəri günü müasir Azərbaycan dövlətçiliyinin şanlı salnaməsinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Bu tarix Kəlbəcərimizin uzun illər davam edən işğalına son qoyulduğu, doğma yurdumuzun düşmən tapdağından azad olunduğu gündür.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi həm tarixi, həm də siyasi əhəmiyyət daşıyır. Bu tarix təkcə bir coğrafi məkanın deyil, bütövlükdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasının simvoludur.
Bu tarixi gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı misilsiz Qələbənin nəticəsi olaraq mümkün olmuşdur. 30 ilə yaxın bir müddətdə işğal altında qalan Kəlbəcərin azad olunması təkcə hərbi-siyasi Qələbə deyil, həm də ədalətin bərpası, xalqımızın milli ləyaqətinin təntənəsi idi.
Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında təsis etdiyi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə 9455 hərbi qulluqçu təltif edilmişdir. Bu, dövlətimizin öz qəhrəman övladlarına göstərdiyi yüksək dəyərin təzahürüdür.
Bu gün Kəlbəcər sürətlə yenidən qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində bu torpaqlara həyat qayıdır. Prezident İlham Əliyevin xüsusi diqqəti və siyasi iradəsi ilə bölgədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.
2024-cü ildə təsdiqlənən Kəlbəcər şəhərinin 2040-cı ilədək Baş Planı şəhərin iki dəfədən çox böyüdülməsini, 17 min nəfərlik əhalinin təminatını, 4250 yeni mənzilin, 4 məktəbin, 4 bağçanın, 2 xəstəxana və reabilitasiya mərkəzinin inşasını nəzərdə tutur. Adambaşına 33 m² yaşıllıq sahəsi ilə Kəlbəcər Azərbaycanın ən ekoloji şəhərlərindən birinə çevriləcək.
Kəlbəcər şəhərində 524 ailəlik müasir yaşayış kompleksi istifadəyə verilir. Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri çərçivəsində əhaliyə mənzil açarları təqdim etməsi Böyük Qayıdışın real icrasını göstərir.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun 87%-i tamamlanıb; 5 tunelin ümumi uzunluğu 25,9 km təşkil edir. 11,7 km-lik Murovdağ tuneli regionun ən uzun tuneli olmaqla strateji bağlantını təmin edir.
Meydançay, Çıraq-1, Çıraq-2, Soyuqbulaq, Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları ilə rayonun enerji təhlükəsizliyi təmin edilir.
“İstisu” Müalicə-İstirahət Kompleksi və “İstisu” mineral su zavodu Kəlbəcərin iqtisadi potensialını artıran mühüm layihələrdir.
Azərbaycan dövləti Kəlbəcəri müasir, yaşıl, təhlükəsiz və inkişaf etmiş bir məkana çevirir. Doğma yurda qayıdan hər bir ailə dövlətimizin qüdrətini, xalqımızın əzmini və iradəsini öz həyatında hiss edir.

Fatma Yıldırım
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri