Icma.az
close
up
RU
Azad Kəlbəcər Strateji və ideoloji aspektlər

Azad Kəlbəcər Strateji və ideoloji aspektlər

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnqlab Şirinli,

Politoloq, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü

Qazandığımız tarixi Zəfər, ərazi bütövlüyümüzn bərpası və suverenliyimizn təmin olunması fonunda Azərbaycanın dövlətçilik fəlsəfəsi post-müharibə dövrünün milli-siyasi və ideoloji konsepsiyası baxımından mühüm bir mərhələyə qədəm qoyub.Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad olunan rayonların “Şəhər Günü”nün rəsmən qeyd olunması məhz ideoloji sahədəki fəaliyyətlərin tərkib hissəsidir.

Şəhər günlərinin qeyd edilməsi təkcə bir şəhərin tarixini anmaq deyil, bütövlükdə İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqların ideoloji əsasının möhkəmləndirilməsidir. Bu kontekstdə Kəlbəcər Şəhəri Gününə strateji, ideoloji, geosiyasi və sosial-psixoloji aspektlərdə yanaşmaqda fayda var.

Strateji aspekt

Azərbaycanın Qərb istiqamətində ən mühüm strateji dayaq məntəqəsi hesab olunan Kəlbəcər coğrafi mövqeyinə görə Qarabağ və Şərqi Zəngəzur bölgələrini birləşdirən ən vacib strateji rayondur. Bu baxımdan Şəhər Gününün təsis edilməsi Böyük Qayıdışıın və orada aparılan yenidənqurma və hərbi-strateji möhkəmlənmənin rəmzi kimi qiymətləndirilməlidir. Eyni zamanda Kəlbəcər Azərbaycanın ən böyük su ehtiyatlarına malik regionlarından biridir (Tərtər çayı,Tuqun çayı, Qaragöl, İstisu və s.). Bu amil su resusrslarının və hidroenerji potensialının milli inkişaf strategiyasındakı rolunu əhəmiyyətli dərəcədə önə çıxır. İnfrastrukturun dirçəldilməsi üçün milli iradənin nümayişi rayonun sürətli bərpasını stimullaşdıracaq və ideoloji xəttin inkişafı üçün motivasiya yaradacaq.

İdeoloji aspekt

Kəlbəcər Şəhəri Gününün qeyd olunması tarixi ədalətin və beynəlxalq hüququn bərpasının simvolu kimi təbliğ olunmasında fayda var. Kəlbəcərin işğaldan azad edilməsi, ağır döyüşlər olmadan diplomatik güc və siyasi iradə ilə gerçəkləşməsi milli ideologiyada dövlət ağlının və siyasi uzaqgörənliyin qələbəsi kimi dəyərləndirlməlidir. Bu kontekstdə milli yaddaşın bərpası və “Böyük Qayıdış” konsepsiyasının sistemli icrası məcburi köçkünlərin yaddaşının dirçəldilməsində mühüm rol oynacaq. Kəlbəcərin Azərbaycan-türk kimliyinin ayrılmaz hissəsi kimi göstərilməsi,tarix, mədəniyyət, inancalara söykənən irs nümunələrinin bərpası ideoloji nəticələrə gətirib çıxaracaq. Azərbaycan dövlətçiliyinin postmüharibə narrativində vahid dövlət,vahid millət,vahid ərazi prinsipləri ön planda olmaqla, Azərbaycan modelinin gücləndirilməsini təmin edəcək.

Geosiyasi və təhlükəsizlik aspekti

Kəlbəcərin Ermənistanla ən uzun dağ sərhədlərindən birinə malik olmasını nəzərə alsaq, Şəhər Günündə verilən mesajlar mövcud sərhəddə yeni təhlükəsizlik arxitekturasının qurulmasını özündə etiva edir. Mövqelərin möhkəmləndirilməsi,yeni hərbi hissələrin formalaşdırılması,sərhəd xəttinin tam nəzarətdə saxlanılması strateji hədəflərin ideoloji əsasını da gücləndirir.Kəlbəcərin kompleks şəkildə bərpası regionda Azərbaycanın siyasi təsirinin artdığını, regional güc balansında Azərbaycanın üstün mövqeyi göstərən amil kimi diqqətdən qaçmamalıdır. Təhlükəsizlik məsələsinin prioritet təşkil etməsi isə dövlət qayğısının psixoloji təsdiqidir.

Deməli, Kəlbəcər Şəhəri Gününün qeyd olunması təkcə qələbəbi özündə əks etdirən rəmzi tarixi hadisə deyil. Bu gün həm Azərbaycanın dövlətçilik konsepsiyasında, həm də Qarabağ savaşı sonrası milli ideologiyada xüsusi yerə malikdir.Məhz bu kontekstdə Azərbaycanın postmüharibə identitetinin formalaşdırılması, bölgənin strateji təhlükəsizlik təminatı, iqtisadi,logistik, turistik və hərbi potensialın ideoloji əsaslandırılması uzaq hədəflərə yönələn strategiyanın tərkib hissəsidir.

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Dekabr 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see591

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see384

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see333

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see276

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see275

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see260

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see257

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see232

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see228

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see225

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see223

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see219

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see217

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see211

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see202

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see201

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see197

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see191

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see186

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri