Icma.az
close
up
RU
Azad Vətən Partiyasından Zəfər Günü TƏBRİKİ

Azad Vətən Partiyasından Zəfər Günü TƏBRİKİ

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

8 Noyabr - Zəfər Günümüzdür.

Tariximizin ən keşməkeşli, torpaq həsrəti ilə yaşadığımız əzab-əziyyətli 30 ilə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın zəfərini dünyaya çatdıran böyük qələbə günüdür.

Azərbaycan xalqını ən məğrur, yenilməz xalq kimi, ordumuzu isə dünyanın ən güclü, peşəkar ordusu kimi təsbit edən bu gün tarixə qızıl hərflərlə yazılıb. Tarixi zəfərimizin əsasında Azərbaycan xalqının səbri, dözümü və müdrikliyi, əsgərlərimizn döyüş meydanında qəhrəmanlığı, rəhbərlərimizin diplomatik müstəvidə qazandığı uğurlar durur. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. 2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi.

2020-ci il iyul ayında Ermənistan ordusunun yeni təxribatlarına cavab olan Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi səhifə kimi daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisəyə çevrildi. 2020-ci il 27 sentyabrda düşmənin təxribat cəhdlərinə cavab olaraq Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin torpaqlarımızın azadlığı uğrunda verdiyi döyüş əmri çoxdan gözlədiyimiz taleyüklü məsələnin həllini sürətləndirdi.

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ölkəmizin süverenliyinin bərpası uğrunda mübarizənin əsas devizi idi. Azərbaycanın dövlət başçısının hücum diplomatiyasına və milli maraqlara əsaslanan siyasəti sayəsində xalqımız qələbəyə köklənən platforma qazanmışdı.

Prezident İlham Əliyevin qalib dövlət adından etdiyi çıxışların birindən sitat:

"Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var".

Vahid Azərbaycan dövlətinin varlığını təsbit edın son nöqtə 2023-cü ildə qoyuldu. Suverenliyimiz, bütövlüyümüz tam bərpa olundu. Cünayət bataqlığında sürünən erməni tör-töküntüləri torpaqlarımızdan birdəfəlik qaçıb getdilər. Hətta xalqımızın və dövlətimizin hümanizm prinsipləri əsasında onları saxlamaq təşəbbüslərini də həmin cinayətkarlar qiymətləndirə bilmədilər.

Çünki yaxşı başa düşürdülər ki, Azərbaycan xalqına qarşı etdikləri bəşəri cinayətlər bağışlanmazdır. Bu böyük zəfər günündə Azad Vətən Partiyası xalqımızı, ordumuzu, Prezident İlham Əliyevi, virse-prezident Mehriban Əliyevanı, bütün vətəndaşlarımızı təbrik edir, alqışlayır və gələcək işlərimizdə uğurlar arzulayır. Yaşasın Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi, Azərbaycan əsgəri! Biz qalib xalqın qalib övladlarıyıq!

Akif Nağı Azad Vətən Partiyasının sədri

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri