Azad yeni layihəsini təqdim etdi VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənni Azad Shabanov (Şabanov) yeni işini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, "Ağrıkəsicim" adlanan mahnının sözləri Kamran Qafarlı, musiqisi İsmayıl Əsədova məxsusdur. Aranjımanı isə STKHA (Emin Karim) edib. Etno-afro-elektro tərzində olan ifa qrafikadan ibarət video şəklində dinləyicilərin ixtiyarına verilib.
"Arılar mən və mənim musiqimi, avtobus isə Azadsevərləri təmsil edir. Ekran işində çatdırmaq istədiyim fikir isə son günlər musiqi aləmində yaranmış zövqsüzlükdən, öz dinləyicilərimə yol tapıb, düzgün istiqamətləndirməkdir. Həmçinin videoda bir neçə insan təsviri də görmək mümkündür. Burada isə arılar, yəni mən faydalı parazit obrazında insanların qəlbini dolub, onları musiqi ilə bəsləyirəm" deyə, Azad qeyd edib.
Qeyd edək ki, mahnı Azad Şabanovun rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımlanmaqdadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















