Icma.az
close
up
RU
Azadlığa qovuşan ilk şəhər: Cəbrayıl quruculuq dövrünü yaşayır

Azadlığa qovuşan ilk şəhər: Cəbrayıl quruculuq dövrünü yaşayır

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

4 oktyabr tarixi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, qədim Azərbaycan xalqının milli-mənəvi irsini özündə təcəssüm edən Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. Təbii ki, bu gün böyük əhəmiyyətə malikdir. 1993-cü il avqustun 23-də Cəbrayılın erməni silahlı qüvvələrinin işğalına məruz qalması olduqca acı bir tarixi fakt idi. İşğal dövründə 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı erməni vandalları tərəfindən vəhşicəsinə məhv edilmişdir.

Uzun illər işğal altında qalan Cəbrayıl rayonunda yalnız Cocuq Mərcanlı kəndi 2016-cı il Aprel döyüşlərindən sonra yenidən dirçəlişə başladı. Lələtəpə yüksəkliyinin azad olunması Cocuq Mərcanlının bərpasına imkan yaratdı və bu kənd Vətən müharibəsindən öncə Cəbrayılın dirçəliş simvoluna çevrildi. 2020-ci il sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri məhz Cəbrayıl istiqamətində aparılan əməliyyatlar oldu. 4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu, hərbi əməliyyatların gedişinə ciddi təsir göstərərək strateji üstünlük qazandırdı. Cəbrayıl əməliyyatı həm mürəkkəbliyi, həm də əhəmiyyəti ilə seçildi. Azərbaycan əsgərinin igidliyi nəticəsində düşmənin güclü müdafiə xətti yarıldı, işğalçı qüvvələr geri çəkilməyə məcbur edildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 4 oktyabr 2020-ci ildə xalqa müraciəti zamanı Cəbrayılın azad edilməsi xəbəri böyük ruh yüksəkliyi yaratdı. Noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və bu qəhrəmanlıq tarixdə əbədiləşdirildi. Ən mühüm məqamlardan biri isə Azərbaycan bayrağının əsrlərin şahidi Xudafərin körpüsündə qürurla dalğalanması oldu. Bu, tarixi ədalətin bərpasının və milli iradənin təntənəsinin rəmzinə çevrildi. Zəfərdən sonra Cəbrayıl rayonunda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin dəfələrlə Cəbrayıl rayonuna səfərləri bərpa prosesinə xüsusi önəm verildiyinin göstəricisidir.

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı üçün mühüm hadisədir. Hazırda rayonda elektrik təchizatı, yol infrastrukturu və digər zəruri sahələr sürətlə bərpa olunur.

“Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib. Bu plan çərçivəsində şəhərin müasir standartlara uyğun yenidən qurulması, yaşayış komplekslərinin salınması və əhalinin mərhələli şəkildə doğma torpaqlara qaytarılması nəzərdə tutulub. Artıq Cəbrayıl şəhərinə ilk köç karvanı çatıb. Yeni yaşayış kompleksi ilə yanaşı, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı və digər kəndlərdə də bərpa işləri sürətlə aparılır. Bu isə yaxın gələcəkdə Cəbrayılın yenidən həyat dolu bir məkana çevriləcəyini göstərir.

4 oktyabr – Cəbrayıl şəhəri günü təkcə bir rayonun azad olunması deyil, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu gün həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, həm də Böyük Qayıdışın başlanğıcının rəmzidir.

Cəbrayılın işğaldan azad olunması tarixi ədalətin bərpası idi, bu gün isə bərpa-quruculuq işləri Azərbaycanın gələcəyə inamla baxdığını göstərir.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri