Icma.az
close
up
RU
Azadlığın İllüziyası Rəqəmsal Panoptikon Çağı

Azadlığın İllüziyası Rəqəmsal Panoptikon Çağı

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Hər şeyin göründüyü, heç kimin gizlənə bilmədiyi bir dünya düşün".

İnsan öz azadlığını necə və nə zaman itirdiyini hiss etməz çox vaxt. Xüsusilə də bu itki ona bər-bəzəkli təqdim olunursa, azadlıq yoxluğu belə zövqlə yaşanır. Biz indi elə bir dövrdəyik: ekranlardan boylanan nəzarət qüllələri, telefonlarımızın içində yerləşən gözlər və könüllü şəffaflıq illuziyası. Bu yeni dünya Panoptikonun özüdür, özü də rəngli, cazibədar, aldadıcı bir şəkildə. Və biz bu dünya içində görünmədiyimizi sandığımız halda, daim izlənildiyimizi bilən könüllü məhbuslarıq.

Panoptikon nə idi, nə oldu?

18-ci əsrdə Jeremy Bentham tərəfindən irəli sürülmüş Panoptikon modeli ilkin olaraq həbsxana strukturu kimi düşünülmüşdü. Dairəvi quruluş, ortada bir nəzarət qülləsi və bu qüllədən görünə bilən məhbus hücrələri. Ən mühüm xüsusiyyət: məhbuslar hər zaman izlənildiklərini bilərlər, amma nə zaman izlənildiklərini bilməzlər. Bu da onları daim “düzgün” davranmağa məcbur edir. Michel Foucault bu modeli cəmiyyətə tətbiq etdi və dedi: “Panoptikon yalnız bir memarlıq dizaynı deyil, hakimiyyətin ruhudur". Bu fikir zamanla daha da gerçək oldu. Bugün artıq divarlar yoxdur, lakin kameralar var. Qüllə yoxdur, amma “sistem” var. Biz indi bir-birimizin nəzarətçisinə çevrilmişik.

Ekranlar: Yeni Nəzarət Qüllələri

Günümüzdə Panoptikonun qülləsi mobil telefondur, sosial mediadır, süni intellekt və algoritmlərdir. Facebook-da paylaşılan şəkil, Instagram-da baxılan hekayə, TikTok-da saxlanan video - hamısı qeydə alınır, saxlanılır, analiz edilir. İzlənildiyimizi bilirik amma kimin izlədiyini bilmirik. Əsl Panoptikon budur.

Görünməyən kameraların ortasında, öz realitimizi bir teatr kimi təqdim edirik. Geyimimizi, düşüncəmizi, hissimizi – hər şeyi filtrlərdən keçirib sosial mediada sərgiləyirik. Və düşünürük ki, bu bizim seçimimizdir. Halbuki seçimlərimiz çoxdan proqramlaşdırılıb.

“Like” üçün yaşayan cəmiyyət: Nəzarətin yeni adı “bəyənilmək”dir

Bu gün insanlar artıq fiziki zindanda deyil, bəyənilmə və görünmə zindanında yaşayır. Hər “like”, hər “görüntü sayı”, hər “reaksiya” – bir azadlıq hissi yaradır, amma əslində daha çox nəzarəti daşıyır. Biz öz zindanımızı özümüz tikirik. Elə bəzəyirik ki, orada olmaq bizə azadlıq kimi gəlir.

Algoritmlər bizə nəyi bəyənəcəyimizi deyir. Hansı xəbəri oxuyacağımızı, hansı musiqiyə qulaq asacağımızı, hətta kiminlə dost olacağımızı belə o seçir. Biz isə özümüzü “azad” zənn edirik.

Yeni Panoptikonun sərhədləri: Özəl həyat varmı?

Bəs “özəl həyat” haradadır? Heç yerdə. Çünki hər kəs “hekayə” paylaşıb öz həyatını nümayiş etdirdikcə, bu sərhəd daha da silinir. “Həyatımı kim izləyir?” sualı artıq təhlükəli deyil. Çünki cavab budur: Hamı. Hər kəs hər kəsin nəzarətçisinə çevrilib. Öz istəyi ilə, sevinə-sevinə.

Foucault bir zamanlar yazırdı:
“İnsanları fiziki cəza ilə deyil, daim izlənildikləri hissi ilə idarə etmək daha effektivdir".

Və bu gün biz izlənilmə hissini normallaşdırmışıq. Gecə-gündüz, evdə və çöldə, şəxsi anlarımızda belə.

Fərqində olmaq – azadlığın ilk qapısıdır

Bəs bu vəziyyətdən çıxış varmı?Hər yeni tətbiq bizdən nə istəyir? Sadəcə məlumatmı? Yoxsa şəxsiyyətimizin kodlarını?

Əgər bu sualları verməyə başlayırıqsa, deməli artıq oyandıq. Çünki bu yeni Panoptikonun ən təhlükəli tərəfi – onu hiss etməməkdir.

Nəticə: İzlənildiyini bildiyin halda azad olmaq mümkündürmü?
Əgər insan texnologiyanın alətinə çevrilməkdən imtina edərsə, azad seçimlərini qoruya bilər. Əgər təqdim edilən həyat tərzini sorğulayırıqsa, artıq azadlığa bir addım yaxınıq. Panoptikon artıq bir bina deyil. O, telefonun içindədir, sosial medianın içindədir, bəlkə də bizə baxan ekrandadır.

Azadlıq görünməməkdə deyil – izlənildiyini bilib yenə də özün olaraq qalmaqdadır.

Nigar Şahverdiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri