Icma.az
close
up
RU
Düşmən ölkə tərəfindən Azərbaycan xalqına qarşı törədilən heç bir cinayət əsla cəzasız qalmayacaq

Düşmən ölkə tərəfindən Azərbaycan xalqına qarşı törədilən heç bir cinayət əsla cəzasız qalmayacaq

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılır. 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış sübutlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər hakim qarşısına çıxarılır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Qarabağda, əzəli Azərbaycan torpaqlarında həmyerlilərimizə qarşı törədilən amansız, insanlıqdan kənar cinayətlər irqçi, faşist Zori Balayanın kitablarından tutmuş həmin cinayətlərdə birbaşa iştirak ermənilərin öz dillərindən də dünyanın müxtəlif mətbu orqanlarında, beynəlxalq təşkilatların hesabatlarında dərc olunub.

Müşfiq Cəfərov

“Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi müddətində itkin düşmüş, əsir-girov götürülüb, həmçinin azad edilmiş şəxslərlə bağlı statistik məlumatlara görə, Azərbaycan Respublikası "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın qeydiyyatından keçirilən itkin düşmüş 3890 nəfərin adı siyahıda mövcuddur”-deyən Müşfiq Cəfərovun fikrincə, çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib, onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib.

“Azərbaycan tərəfi hər zaman bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq əsir və girovların saxlanılması, onların dəyişdirilməsi, o cümlədən humanitar atəşkəs zamanı erməni hərbçilərinin meyitlərinin qaytarılması ilə bağlı bütün norma və prinsipləri qoruyub. İkinci Qarabağ müharibəsi zamanı da əsir düşmüş Azərbaycan vətəndaşları Ermənistanda həmişə olduğu kimi yenə işgəncələrə, pis rəftar və şəxsiyyətin alçaldılmsı hallarına məruz qalıblar. Hətta erməni vəhşiliyinin nümunəsi kimi yaralı əsgərlərimizə verilən işgəncələr barədə faktlar, bizim əsirlərin hər birinə qarşı pis rəftar, işgəncə və şəxsiyyətin alçaldılması faktlarının olması foto, video və şahid ifadələri ilə tam sübut olunub. Bununla bağlı Azərbaycan tərəfdə kifayət qədər tutarlı materiallar var. Bundan əlavə, ən iyrənc və insanlığa yaraşmayan fəaliyyət kimi erməni silahlı qüvvələrinin Azərbaycan əsgərlərinin cəsədləri üzərində təhqiredici, aşağılayıcı hərəkətlərə yol verilməsidir. Bu barədə də kifayət qədər video, foto və s. materiallar da mövcuddur”-deyə Müşfiq Cəfərov qeyd edib.

Deputat bildirib ki, gec də olsa, Qarabağda soydaşlarımıza qarşı ağır hərbi cinayətlər törətmiş, bu cinayətlərin törədilməsinə rəhbərlik etmiş şəxslər Azərbaycan məhkəmələrində mühakimə olunacaqlar və Qarabağda düşmənlərimiz tərəfindən törədilən heç bir cinayət cəzasız qalmayacaq.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri