Icma.az
close
up
RU
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib

AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Hava Yolları” (AZAL) nın təşəbbüsü ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilib.

APA xəbər verir ki, görüşdə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə Assosiasiya üzvlərinə ilk olaraq Azərbaycan Hava Yollarının fəaliyyəti, göstərdiyi xidmətlər və gələcək planları haqqında ətraflı məlumat verib. Cəmil Manizadə çıxışı zamanı son illər ərzində AZAL-ın bir sıra istiqamətlər üzrə birbaşa uçuşların sayını artırdığını, xüsusilə əcnəbi sərnişinlər üçün Heydər Əliyev adına Beynəlxalq Hava Linmanının əlverişli tranzit mərkəzinə çevrildiyini qeyd edib.

AZAL rəsmisi həmçinin gələcək planlarda təyyarə parkına yeni hava gəmilərinin əlavə edilməsinin nəzərdə tutulduğunu, bunun nəticəsində yeni istiqamətlər üzrə uçuşların açılması baxımından geniş imkanlar yaranacağını bildirib. Cəmil Manizadə AZAL üçün Assosiasiya üzvüləri ilə sıx əməkdaşlığın əvvəlki illərdə olduğu kimi prioritet istiqamət olaraq qaldığını və birgə əməkdaşlığın bundan sonra da dəstəklənəcəyini diqqətə çatdırıb.

AZAL-ın təşkil etdiyi işgüzar görüşü yüksək qiymətləndirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm və aviasiya sektorları arasında səmərəli əməkdaşlığın, qarşılıqlı anlayış və birgə təşəbbüslərin daha da güclənməsinə və inkişafına bundan sonra da töhfə verəcəyini qeyd edib.

AZAL-ın bu istiqamətdə nümayiş etdirdiyi dəstəyin Assosiasiya üzvüləri üçün mühüm önəm daşıdığını bildirən ATAA sədri Azalın rəhbərliyinə və komandasına bu ənənəvi görüşlərin keçirilməsinə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 İyun 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri