Icma.az
close
up
RU
525 ci qəzet Mərakeş səfirliyi Azərbaycan turizm agentlikləri üçün məlumat görüşü keçirib

525 ci qəzet Mərakeş səfirliyi Azərbaycan turizm agentlikləri üçün məlumat görüşü keçirib

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mərakeşin Azərbaycan turizm agentliklərinə səyahət məkanı kimi təbliği çərçivəsində Krallığının Bakıdakı səfirliyi ölkənin xarici turizm üzrə ixtisaslaşan 10-a yaxın ən böyük turizm agentliyi üçün məlumatlandırma görüşü təşkil edib.

525.az-a bu barədə Mərakeş səfirliyindən məlumat verilib.

Bu agentliklər tanışlıq səfərinin bir hissəsi olaraq bir neçə gündən sonra Mərakeşə gedəcək və onlar ölkənin təklif etdiyi turistik fürsətləri kəşf edəcəklər. Eyni zamanda, Mərakeşdə turizm sektorunun peşəkarları ilə tanış olacaq və öz səyahət proqramlarını zənginləşdirmək imkanı əldə edəcəklər. Bu layihə təşəbbüsü səfirliyin yüzə yaxın Azərbaycan turizm agentliyi və bu yaxınlarda Mərakeşə səfər etmiş turist nümunəsi ilə apardığı bazar araşdırması ilə dəstəklənən strateji yanaşmanın bir hissəsidir.

Səfir Adil Embarş Mərakeş turizminin mədəniyyəti, dənizkənarını, rifahı, qastronomiyanı və başqa macəraları özündə birləşdirən zənginliyini və müxtəlifliyini vurğulayıb. O, həmçinin başda min illik tarixi, irsinin müxtəlifliyi və Mərakeşlilərin əfsanəvi qonaqpərvərliyi olmaqla, Mərakeş Krallığını unikal və unudulmaz bir məkana çevirən bir çox sərvətləri vurğulayıb.

İştirakçılar, həmçinin Mərakeş səfərlərindən yaddaqalan xatirələrini bölüşən beynəlxalq incəsənət, kino və moda dünyasının məşhurlarının ifadələrini kəşf etmək imkanı əldə ediblər. Axşam isə səyahət agentləri Mərakeş kulinariya sənətinin zənginliyini və incəliyini əks etdirən bir sıra emblematik yeməklərdən dadaraq Mərakeş qastronomiyası ilə tanış olublar.

Bu təşəbbüs Mərakeşin Azərbaycan bazarında tanıdılmasında əsas tərəfdaşlar olan Mərakeş Milli Turizm Ofisi (MMTO) və Türk Hava Yollarının dəstəyindən faydalanır.

Xatırlanmalıdır ki, ötən avqustun sonunda qüvvəyə minən Mərakeş və Azərbaycan arasında vizadan azadedilmə sazişi iki ölkə arasında turist axınının əhəmiyyətli dərəcədə artmasına kömək etdi ki, bu da azərbaycanlı səyahətçilərin Mərakeş istiqamətinə artan marağının göstəricisidir.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Fevral 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri