AZAL Beynəlxalq Təyyarə Bələdçiləri Günündə Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsini yad edib
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
31 may - Beynəlxalq Təyyarə Bələdçiləri Günündə "Azərbaycan Hava Yolları" (AZAL) olaraq Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Oxu.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumatda bildirilir ki, Hökumə Əliyeva aviasiyamızın simvoluna çevrilib, fədakarlığı və cəsarəti ilə yadda qalıb:
"Bir qadın səmanı dəyişdi və onun ardınca minlərlə qız öz gücünü kəşf etdi. Bu gün onun adı təkcə bir xatirə deyil, Azərbaycan səmasında uçmaq istəyən hər bir gənc qadın üçün bir yol işığıdır. Çünki o sübut etdi ki, cəsarət vicdanda və məsuliyyətdədir".
"Hökumənin uçuşu heç vaxt bitmədi. Onun hekayəsi hər yeni təyyarə bələdçisi ilə, hava gəmisinin hər bir qalxış anı ilə davam edir. Çünki səma onun evi, irsi isə gələcək nəsillərin yol göstəricisidir", - deyə məlumatda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 31 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















