Icma.az
close
up
RU
AZAL bu il donanmasına 4 cü təyyarəni əlavə edib

AZAL bu il donanmasına 4 cü təyyarəni əlavə edib

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə edib. Bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir. Yeni təyyarənin donanmaya əlavə olunması ilə Azərbaycan Hava Yollarının istismarda olan hava gəmilərinin ümumi sayı 30-a çatıb.

Milli.Az xəbər verir ki, "Airbus A320neo" təyyarəsinin istismara verilməsi Azərbaycan Hava Yollarının donanmanın yeni nəsil təyyarələrlə yenilənməsi istiqamətində həyata keçirdiyi proqramın növbəti addımıdır. Bu yanaşma aviaşirkətə əməliyyat çevikliyini artırmaq, artan sərnişin tələbatını daha səmərəli qarşılamaq və marşrut şəbəkəsini inkişaf etdirmək prioritetlərini dəstəkləyir.

"Airspace" kabini, geniş əl yükü bölmələri, yüksəksürətli "Wi-Fi", biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklər sayəsində təyyarə daha yüksək sərnişin komfortu ilə yanaşı, daha aşağı yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir.

Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycan Hava Yolları donanmasını iki "Airbus A320neo" və bir "Airbus A321neo" təyyarəsi ilə genişləndirib. 2026-cı ilin sonuna kimi Azərbaycanın milli aviadaşıyıcısı təyyarə parkına rekord sayda yeni hava gəmisinin daxil olmasını planlaşdırır. Bu proqram çərçivəsində aviaşirkət mərhələli şəkildə yeni nəsil "Airbus" təyyarələrini istismara qəbul edir və 2032-ci ilədək donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir.

Təyyarənin təqdimat videosunu aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz:

https://youtu.be/n70XGcJJhxg

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 İyul 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri